SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sürücülər Yol Polisi İdarəsi qarşısında aksiya keçirdi: “Pulu alırlar, protokol vermirlər”

Sürücülər Yol Polisi İdarəsi qarşısında aksiya keçirdi: “Pulu alırlar, protokol vermirlər”

Tarix:

12-12-2017, 09:54

/ 1 612 dəfə oxundu.
Sürücülər Yol Polisi İdarəsi qarşısında aksiya keçirdi: “Pulu alırlar, protokol vermirlər”

Sifarişlə sərnişindaşıma ilə məşğul olan bir sıra sahibkar və sürücü dekabrın 11-də Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin qarşısına yığılıblar.

AzadlıqRadiosuna danışan sürücülərin bildirməsinə görə, son vaxtlar Yol Polisi İdarəsinin bir sıra əməkdaşları onların fəaliyyətinə maneçilik törədirlər.

«Gah şüşələrin tünd rəngdə olmasını, gah oturacaq yerlərinin sayının düz göstərilməməsini, gah da başqa bir məsələni bəhanə edərək maşınları saxlayırlar, sənədləri alırlar. Deyirlər ki, get Bakı Şəhər Dövlət Yol Polis İdarəsinə. Orada 150 manat ödəniş etdirirlər, əvəzində hər hansı protokol və ya sənəd vermirlər. Elə bil ki, 3-4 Yol polisi əməkdaşı bu məsələ üçün ayrılıb…», -sürücülərdən biri vurğulayır.

Sürücülər deyirlər ki, bu özbaşınalığı durdurmaq məqsədilə Bakı Şəhər Dövlət Yol Polisinin İdarəsi önünə gəliblər. Məqsədləri idarənin rəhbərliyi ilə görüşüb şikayətlərini çatdırmaqdır.

Sürücülər deyirlər ki, bu özbaşınalığı durdurmaq məqsədilə Bakı Şəhər Dövlət Yol Polisinin İdarəsi önünə gəliblər. Məqsədləri idarənin rəhbərliyi ilə görüşüb şikayətlərini çatdırmaqdır.

Vaqif Əsədov: «Deyirlərsə ki, onlara qarşı qanunsuzluq olub…»

«Əgər bu sürücülər hesab edirlərsə ki, Yol polisi onlara qarşı səlahiyyət həddini aşıb, bizə müraciət etsinlər, məsələ araşdırılsın».

Bunu Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib.

V.Əsədov deyib ki, Yol polisi istəsə belə, səlahiyyət həddini aşa bilməz, çünki hər birinə texniki vasitələrlə nəzarət edilir. Onun fikrincə, sürücülər məsələni media vasitəsilə ictimailəşdirməklə özlərini haqlı çıxarmaq istəyirlər.

«Amma avtomobilə və ya yol hərəkəti qaydalarına aid tələblər pozulubsa, buna görə cavabdeh şəxs cavab verməlidir», – deyə o vurğulayıb.

V.Əsədova görə, yol intizamı qaydalarını pozan və ya buna meylli olan sürücülər Yol polisini xoşlamır.

«Əgər deyirlərsə ki, onlara qarşı qanunsuzluq olub, yazılı müraciət etsinlər, məsələ müzakirə olunsun, nəticəni də ictimaiyyətə açıqlayaq»,- deyə şöbə rəisi bildirib.

Şərhlər

XƏBƏR LENTİ