yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Yeni təhsil nazirinin kimliyi bilindi - Təyinat

Yeni təhsil nazirinin kimliyi bilindi - Təyinat
8-12-2017, 16:30 2 736 dəfə baxılıb

Prezident İlham Əliyev yeni Təhsil naziri ilə bağlı sərəncam verib.

Xalqxeber.Az Movqe.az-a istinadən xəbər verir ki, sərəncama əsasən Yusif Məmmədəliyev yeni təhsil naziri olub.

Y. Məmmədəliyev bir müddət əvvəl Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi təyin olunmuşdu.

O, Azərbaycanın məşhur akademiki mərhum Yusif Məmmədəliyevin nəvəsidir.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Mikayıl Cabbarov Təhsil naziri postundan azad edilərək Vergilər naziri təyin olunub.


Yusif Məmmədəliyev 1979-cü ildə Bakıda doğulub.

1997-ci ildə 18 yaşlı Y. Məmmədəliyev Xarici İşlər Nazirliyində diplomatik karyerasına başlayıb, 1997-2002-ci illər ərzində nazirliyin Beynəlxalq Təşkilatlar İdarəsində referent və attaşe vəzifələrində çalışıb.

2002-2005-ci illərdə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində attaşe kimi fəaliyyət göstərib.

2005-2009-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Problemləri İdarəsində ikinci və daha sonra birinci katib vəzifələrində çalışıb.

2009-2011-ci illərdə Madrid şəhərində Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyində birinci katib və müşavir vəzifələrində fəaliyyət göstərib.

2011-2013-cü illərdə ABŞ-ın Nyu-York şəhərində yerləşən Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində müşavir və daha sonra Daimi Nümayəndənin müavini vəzifələrində çalışıb. 2011-ci il 14 noyabr tarixində Azərbaycanın 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi prosesində fəaliyyətinə görə birinci dərəcəli birinci katib diplomatik rütbəsini almışdır.

2013-cü il 1 may - 30 dekabr tarixlərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində idarə rəisi vəzifəsində çalışmış, ona birinci dərəcəli müşavir diplomatik rütbəsi verilib.

2017-ci il 1 iyun tarixində Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri təyin edilib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: bilindi, Yeni, kimliyi, tehsil, nazirinin, Teyinat,
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ