SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nərimanovda Qadınlar Şurası Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirdi

Nərimanovda Qadınlar Şurası Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirdi

Tarix:

8-12-2017, 11:14

/ 2 006 dəfə oxundu.
Nərimanovda Qadınlar Şurası Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirdi

Nərimanov rayon İcra Hakimiyyətində Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının Qadınlar Şurasının “12 dekabr ümummilli lider Heydər Əliyevin anım günü”nə həsr olunmuş tədbiri keçirilib.

İH-dən daxil olan xəbərə görə, Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova Azərbaycanın inkişafında, ölkəmizin iqtisadi potensialının güclənməsi, dövlət büdcəsinin gəlirlərinin artmasında, neft sektorunun inkişafında, ölkənin istehsal gücünün artmasında, çoxlu sayda yeni iş yerlərinin açılmasında, ərzaq və ekoloji təhlükəsizliyin gücləndirilməsində, sahibkarlığın inkişaf etdirilməsində H. Əliyevin böyük rolunun olduğunu bildirib.

Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Nərimanov rayon təşkilatının sədr müavını İradə Mahmudova ən çətin anlarda Heydər Əliyev yenilməz siyasi iradə nümayiş etdirdiyini, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrildiyini, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildiyini qeyd edib.

Tədbirdə Heyddər Əliyevin həyatını əks etdirən slaydlar və videogörüntülər nümayiş olunub.
Nərimanovda Qadınlar Şurası Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirdi
Nərimanovda Qadınlar Şurası Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirdi

Şərhlər

XƏBƏR LENTİ