SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Fazil Məmmədov prezidentin təməlini qoyduğu “Şəmkir Aqropark”ı 3 ildir tikmir – Araşdırma

Fazil Məmmədov prezidentin təməlini qoyduğu “Şəmkir Aqropark”ı 3 ildir tikmir – Araşdırma

Tarix:

7-12-2017, 17:17

/ 2 103 dəfə oxundu.
Fazil Məmmədov prezidentin təməlini qoyduğu “Şəmkir Aqropark”ı 3 ildir tikmir – Araşdırma

İl 2014. 15 noyabr. Prezident İlham Əliyev Şəmkirə səfəri çərçivəsində “Şəmkir Aqropark”ın təməlqoyma mərasimində iştirak edir.
İqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısına məlumat (http://www.president.az/articles/13410) verir ki, “Aqropark” ixrac potensialının artırılmasında, kiçik və orta fermerlərin innovativ qabiliyyətinin artırılmasında əhəmiyyətli rol oynayacaq.

► Fermerlərin məhsulları çürüyür

Prezidentə bildirilir ki, aqroparkda müasir istixana kompleksi, şitillik, tinglik və intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, logistika və aqroservis mərkəzi, soyuducu anbar tikiləcək.
İl 2017. 6 dekabr. Fermerlər aqroparkın cəfasını görürlər, nəinki səfasını…
Bu barədə Şəmkirdən bir qrup fermer məlumat verib ki, “Şəmkir Aqropark”ın istifadəyə verilməsindən iki il ötüb keçsə də, onların məhsullarını qəbul etmirlər.
Aqropark fermerlərə heç bir izahat vermir. Kəndlilərin sözlərinə görə, bu müəssisəyə xaricdən alınan avadanlıqların həmin məhsulları qəbul etmədiyi söylənir.
Aqroparkda istixanalar və soyuducu anbar tikilsə də, yay və qış mövsümlərində yerli məhsullar qəbul edilmir.
Bu da yüzlərlə fermerin il ərzində zərərlə qarşılaşmasına səbəb olur. Çünki yayda soyuducuya, qışda istixanaya qəbul edilməyən məhsullar çürüyür.
Göstərilən problemlərlə bağlı Şəmkir Rayon İcra Hakimiyyətinə və digər əlaqədar qurumlar müraciətlər olunmasına baxmayaraq, nəzərdə tutduğum məsələ öz həllini tapmayıb.

► “Xalq” qəzetinin ifşası

Lakin işin qəribə tərəfi başqadır. Məlum olur ki, 2014-cü ildə təməlqoyma mərasimi keçirilən “Şəmkir Aqropark”ın tikintisi hələ də başa çatmayıb.
Belə ki, bu ilin yanvarında “Xalq” qəzetində çap olunmuş http://www.xalqqazeti.com/az/news/news/80046 “Şəmkir Aqropark”ın tikintisi sürətlə aparılır” başlıqlı məqalədə təkrar məlumatlar dərc olunub.
Yenə eyni sətirlər, cümlələr və s. Belə aydın olur ki, prezidentə verilən məlumatda nəzərdə tutulan müasir istixana kompleksləri, şitilçilik, tingçilik, intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, logistik və aqroservis mərkəzi, soyuducu anbar, “yaşıl market” və fermer mağazaları, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, otel və müxtəlif infrastruktur müəssisələri 2 il ərzində inşa edilib yekunlaşmayıb.
Bu azmış kimi, 2015-ci ilin yanvarında isə “Şəmkir Aqropark”ın təqdimat forumu (https://azertag.az/xeber/Semkir_Aqroparkin_teqdimat_forumu_kechirilib-825379) keçirilib.
Forumu Şəmkirin icra başçısı Alimpaşa Məmmədov açaraq prezidentin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb.
“Şəmkir Aqropark” MMC-nin direktoru Zəfər Novruzov isə forumda hansı müəssisələrin inşa olunacağını açıqlayıb.

► Sabiq nazirin şirkəti və “Akkord”un layihəsi

Ən nəhayət, “Şəmkir Aqropark” «Shamkir Capital Group»a məxsus imiş. Bu barədə “Azadlıq” radiosunun araşdırma materiallarından birində xəbər verilir.
Sözügedən şirkət isə yenicə vəzifəsindən azad edilmiş sabiq vergilər naziri Fazil Məmmədova aiddir.
Bundan əlavə, «Synergy Group»-la «Shamkir Capital Group»-un təsisçiləri eyni adamlardır. Hər iki qrupun Müşahidə Şurasının üzvləri də eyni şəxslərdir. “Şəmkir Aqropark” da sonuncunun tərkibində imiş.
Bunu Şəmkir RİH radionun sualını cavablandırarkən bildirir ki, «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC bu rayonda “lövbər salmaqdadır”.
Korporasiya «Shamkir Capital Group»a məxsus «Şəmkir Aqropark»da tikinti-quraşdırma işlərində iştirak edəcək. Yəni, sabiq vergi nazirinin aqroparkında…
Və bu nə iştirakdırsa, indiyədək fermerlərin məhsulları qəbul edilmir, nəzərdə tutulan obyektlər isə 2014-dən bəri inşası bitməyib…

AzEuroNews.com

Şərhlər

XƏBƏR LENTİ