SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bəxtiyar həkimi narahat etməyin- Əşşi, şəkərin var yağlı yemə, pəhriz saxla

Bəxtiyar həkimi narahat etməyin- Əşşi, şəkərin var yağlı yemə, pəhriz saxla

Tarix:

7-12-2017, 16:21

/ 1 591 dəfə oxundu.
Bəxtiyar həkimi narahat etməyin- Əşşi, şəkərin var yağlı yemə, pəhriz saxla

O gün Gürcüstanın nazirlərindən biri deyib ki, bəs Azərbaycanda səhiyyə “ölüb”, bahalı-bahalı tibb mərkəzləri tikitlər, amma əhali müalicəyə Tiflisə gəlir

Öz aləmində bizə lağ edir çordəymiş. Ağ yalan danışır. Bizim səhiyyədən heç yerdə yoxdu. Gürcülər paxıllıqdan şər atırlar, yalan ayaq tutar yeriməz.
Bax ,Ağdamın baş həkimi Bəxtiyar Haqverdiyevdən harda var? Millətin dərdinə gecə-gündüz şam kimi yanır. Bilirsiz də indi pambıq yığımının qızğın vaxtıdı. Camaatın yarısı tarlalarda məhsul yığır. Ağır işdi, halı pisləşən olur, təzyiqi qalxan-düşən və sair. Elə yığım təzə başlayanda bir nəfər səhiyyə işçisi pambıq kolları arasında can verdi.

Bundan sonra baş həkim bütün sahələrdə post qurub. Ağdamın həkimləri gecə-gündüz tarlalarda keçik çəkir. Rayonda olan təcili tibbi yardım maşınları həkimləri sahəyə aparıb gətirməkdən marşrut avtobusa dönüblər.

Xəstə olmayanda həkimlər özləri də pambıq yığır.

Hə, o ki, qaldı rayonda millətin səhiyyədən narazılıq etməyinə onlar boş şeydi. Biri yazır ki, arvadım doğurdu, həkim tapa bilmədik. A kişi, heç gör sözdü, görürsən pambıq yığımı gedir, arvada denən bir ay gec doğsun. Yəni yığım bitəndə. O biri deyir şkərim qalxır, həkim yoxdu. Əşşi, şəkərin var yağlı yemə, pəhriz saxla. Bir ay həkimsiz dözmək nə çətin şeydi.

Diğəri yazır ki, babam 92 yaşda ölüm ayağında. Ay qardaş, babana həkim nə etsin? O yaşda meşədə ağac da qalmayıb.

Bəxtiyar həkimi belə kiçik-kiçik şeylərlə narahat etməyin.

MilliYol.Az

Şərhlər

XƏBƏR LENTİ