yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

DYP əməkdaşından Ramil Usubova şikayət olundu

DYP əməkdaşından Ramil Usubova şikayət olundu
7-12-2017, 15:00 187 dəfə baxılıb

Azərbaycan Respublikası Daxili İşlər Naziri cənab Ramil Usubova

Hörmətli Nazir,

RF vətəndaşı, əslən Tovuz rayon Düz Qırıqlı kəndindən olan Hümmətov Rəfail Talıb oğlu həmkəndlisi Məhərrəmov Anar Məhərrəm oğlunun keçmiş MTN-nin Göygöl və Ağstafa rayonlarında şöbə rəisi vəzifəsində xidmət edərkən özü və başqa şəxslər vasitəsi ilə ona qarşı davamlı təzyiqlər etməklə külli miqdarda əmlakının əlindən məcburən almasının araşdırılması və pozulmuş digər hüquqlarının bərpa edilməsi, düçar olduğu məmur özbaşınalığına son qoyulması üçün ölkə rəhbərliyinə, aidiyyəti hüquq-mühafizə orqanlarının rəhbərlərinə, ictimai qurumlara, hüquq müdafiəçilərinə mətbuat vasitəsi ilə müraciətlər etməklə, üzləşdiyi problemin ictimailəşdirilməsini və Kütləvi İnformasiya Vasitələrində yayılmasının təşkil edilməsi məqsədi ilə, “Qafqaz Hüquq Mərkəzi” nə müraciət etmişdir.
Hümmətov Rəfail “keçmış MTN-çi rəis Məhərrəmov Anar Məhərəm oğlu tərəfindən külli miqdarda əmlakının məcburən əlindən alınması barədə” Azərbaycan Respublikasının Prezidentinə müraciət ünvanlamış və Baş Prokurorluğa şikayət etmişdir.
Rəfail Hümmətovun digər həmkəndlisi – Masazır qəsəbəsində yaşayan Məmmədəliyev Şəfayət Cahangir oğlu Anar Məhərrəmovdan pulları qaytarmaq üçün Rəfail Hümmətova öz köməyini təklif edərək, əsgərlik yoldaşı və kirvəsi olan Şükürov Altay Allahşükür oğlu ilə tanış edib, Anar Məhərrəmovla mübarizədə Altayın köməyindən istifadə edəcəyini bildirir. Ona söz verib, inandıraraq deyir ki, “Altay Şükürov Xirdalanda Baş Dövlət Yol Polisi İdarəsində 402-ci otağın rəisidir, onun nazirə və lap yuxarılara da əli çatır. Altay yuxarıya mərüzə edəcək Anar Məhərrəmovla olan problemin həll olunacaq.”, yəni pulları özünə qaytarılacaq.

Şəfayət Məmmədəliyev Rəfail Hümmətovu Bakı şəhərinə gətizdirir və Xırdalan qəsəbəsində, Baş Dövlət Yol Polisi İdarəsinin qarşısında Altay Şükürovla görüşdürüb-tanış edir. Sonra, yenə Xırdalan qəsəbəsində Baş Dövlət Yol Polisi İdarəsinin yanındakı kafedə onu Altay Şükürovun bacısı oğlu və guya vəkil işləyən Əzizli Ziya və Ziyanın atası Həzi ilə tanış edir. Oğul-ata kafedə Rəfail Hümmətovu dinləyib, problemini həll edəcəklərinə söz verirlər. Elə həmin gün, yəni 02 oktyabr 2017-ci il tarixdə Baş Dövlət Yol Polisi İdarəsində yerləşən 48 №-li notariusda Əzizli Ziyanın adına Rəfail Hümmətovdan etibarnamə alırlar. Əzizli Ziya Rəfail Hümmətovdan “hökümət sənədləri düzəltmək” adı altında 450, “sənəd dəyişmək üçün” 200, “arayış-sorğu” və sairə işlər üçün bir neçə dəfəyə 100,50,75 manat, sonda isə “zəhmət haqqı” olaraq 2.000 manat, yəni cəmi 3600 manat pul aldıqdan sonra, yenə onunla kafedə görüşürlər. Şəfayət Məmmədəliyevlə Ziya Əzizli Rəfail Hümmətova deyirlər ki, güya Altay Şükürov bu məsələni yuxarılara deyib və tapşırılıb ki, ancaq məhkəməyə ərizə vermək lazımdır. Rəfail Hümmətov Baş prokurora şikayət ərizəsi göndərdiyini və işinin məhkəməlik olmamasını təkidlə bildirəndə, onlar onu inandırırlar ki, çıxış yolu ancaq məhkəmədir. Nəticədə o, Ziya Əzizlinin hazırladığı ərizəni onun göstərişi ilə aparıb Şəmkir rayon məhkəməsinə verir. Bir neçə gündən sonra Ziya Əzizli onu Bakıya çağırıb deyir ki, “məhkəməyə tapşırılıb, hər şey sənin xeyrinə olacaq, amma bunun üçün Anardan tələb etdiyin pulun 5%-ini, yəni 7.500 dolları Şəmkir məhkəməsinə vermək lazımdır. Bunu da sən mənə verməlisən ki, mən aparım məhkəməyə verim, sənin xeyrinə qərar çıxartsın. Amma mənə 7.500 dollar verməyini heç kim bilməsin, nə Şəfayət, nə də mənim atam Həzi”. Ziyanın bu sözləri onda şübhə yaratsa da, axıra kimi gözləməyi qərara alan Rəfail Hümmətov, sonrakı günlərdə Şəfayət Məmmədəliyevlə görüşən də, o da, “vacib bir iş üçün” Rəfaildən 1.000 dollar pul istəyir. Rəfail Hümmətov başa düşür ki, onu aldadırlar və onların “bu işi fırıldaqdan başqa bir şey deyil”. Bu səbəbə etibarnaməni ləğv etdirib, onlar barəsində Baş Prokurorluğa şikayət ərizəsi ilə müraciət edir.

Hörmətli Nazir,

Hümmətov Rəfail Talıb oğlunun yuxarıda göstərilən problemi tərəfimizdən araşdırılarkən müəyyən olundu ki, Şükürov Altay Allahşükür oğlu DİN BDYPİ-nin xüsusi tağım komandirinin müavinidir. Onun yüksək çinli polis zabiti olduğunu nəzərə alaraq, yoxlanılıb tədbir görülməsi və nəticəsi barədə bildirilməsinə göstəriş vermənizi Sizdən xahiş edirik.

Hörmətlə, “Qafqaz Hüquq Mərkəzi” MMC-nin baş direktoru İlqar Abbasov


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: olundu, Usubova, shikayet, DYP, Ramil, emekdashindan
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-12-2017


15-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ