SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 162 SAYLI MƏKTƏB SÖKÜLÜB-DAĞILIR...

162 SAYLI MƏKTƏB SÖKÜLÜB-DAĞILIR...

Tarix:

4-12-2017, 09:56

/ 1 879 dəfə oxundu.
162 SAYLI MƏKTƏB SÖKÜLÜB-DAĞILIR...

E.Əliyev adına 162 saylı məktəb bu il kapital təmir olundu. Hətta Azərbaycan respublikasının prezidenti İlham Əliyev məktəbi ziyarət də etmişdi...
O zaman həm təmirçilər, həm də məktəb rəhbərliyi prezidentin görülən işlərdən çox razı qaldığı barədə ağız dolusu danışırdılar...
Artıq təmirdən iki ay keçir...
İşin nə qədər keyfiyyətsiz görüldüyü yavaş-yavaş bütün çılpaqlığı ilə üzə çıxmaqdadır...
Dünən İlham Əliyevin məmnuniyyətindən danışanlar, indi dövlət başçısının təmiri bəyənmədiyini söyləyirlər...
Başqa nə desinlər ki,..
Axı məktəb sözün əsl mənasında üçüb-sökülür...
Beləliklə, məlum olur ki, ictimaiyyəti səhv xəbərlərlərlə məlumatlandıran kəslər, ölkə rəhbərini də yanıldırlar...
Bizə görə, prezidentin təmiri bəyənib-bəyənməməsi haqda hər hansı bir fikri olmayıb. Sadəcə, o, təhsilə xüsusi önəm verdiyinə görə, bu sahədə atılan hər bir addımı şəxsən görmək istəyir...
Bu ayrı məsələ ki, “təmirçilər” adətən, diqqəti iki-üç sinifə ayırırlar. Dövlət başçısına da deyəsən, məhz həmin otaqları göstərirlər...
Axı prezidentin bir o qədər vaxtı hardandır ki, hər getdiyi məktəbdə bir-bir bütün otaqları gəzib, baxsın. Praktiki olaraq, bu mümkün deyil...
Buna görə də prezidentin təmiri bəyənmədiyi barədə fikirlər də uydurmadır.Çünki bəyənməmək, sıradan ifadə deyil. Buradan nəyinsə düz olmadığı mənası çıxır, axı...
Bu isə ən azı smeta-layihə ilə təmirin uyğunluğunun təftiş edilməsi ilə nəticələnməli idi. Halbuki indiyənə qədər belə bir hal baş verməyib...
Zənnimizcə, belə bir şaiyənin yayılmasında bir məqsəd ola bilər, o da bax, əsalində prezidentin də xəbəri var, demək istəyirlər. Ona görə də bu barədə yazmaq, demək boş zaman itkisindən savayı, bir şey deyil...
Qoy,olsun, yenə də biz yazırıq..

Şərhlər

XƏBƏR LENTİ