SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Uşaqlar soyuqdan donur" - ŞİKAYƏT

"Uşaqlar soyuqdan donur" - ŞİKAYƏT

Tarix:

2-12-2017, 14:41

/ 1 385 dəfə oxundu.
"Uşaqlar soyuqdan donur" - ŞİKAYƏT

Xəzər rayon Şağan qəsəbə sakinləri qəsəbə məktəbindəki özbaşınalıqdan redaksiyamıza şikayət ediblər.

Uşaqlarını məktəbə aparan bir qrup valideyn havaların soyumasına baxmayaraq qəsəbədəki Füzuli Gözəlov adına 124 saylı orta məktəbdə hələ istilik sisteminin verilmədiyini bildiriblər. Valideynlər özləri uşaqlarıyla birlikdə məktəbə elektriklə işləyən sobalar gətirdiklərini, şikayətlərinə isə məktəb rəhbərliyinin cavab vermədiyini bildiriblər. Hansı ki, məktəbdə istilik sistemi noyabrın 1-dən verilməlidir.

Bu gün yenə bir qrup valideyn məktəb rəhbərliyi ilə görüşmək istəsə də, onları qəbul edən olmayıb. Həftəsonu olduğu üçün əməkdaşımız təzə həftə məsələylə bağlı Şağan qəsəbəsinə gedərək araşdırmaya başlayacaq.

Biz məktəb rəhbərliyinin də mövqeyini işıqlandırmağa hazırıq.

moderator.az

Şərhlər

XƏBƏR LENTİ