yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Prezidentin açılış etdiyi 14 saylı polikilinkada nələr baş verir?- BİABIRÇILIQ

Prezidentin açılış etdiyi 14 saylı polikilinkada nələr baş verir?- BİABIRÇILIQ
1-12-2017, 12:17 395 dəfə baxılıb

Xətai rayonunun Əhmədli qəsəbəsində 14 saylı Şəhər poliklinikasında baş verən hadisələrlə bağlı maraqlı məlumatlar daxil olub.
Məlumat üçün bildirək ki, 2002-ci il noyabrın 8-də prezident İlham Əliyevin iştirakı ilə polikilinkanın açılış mərasimi olub. Səhiyyə sisteminə diqqət və qayğı sözün həqiqi mənasında danılmazdır. Dövlət başçısı mütəmadi olaraq bu sahədə çalışanların əmək haqlarının artırılması, onların sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər görür. Poliklinikanın terapiya şöbəsi ilə tanış olan dövlət başçısına bildirildi ki, burada fəaliyyət göstərən müxtəlif şöbələrdə ən müasir tibbi avadanlıqlar quraşdırılıb, əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün lazım olan bütün şərait yaradılıb. Lakin təəsüflər olsun ki, sözügedən polikilinkada baş verən bəzi xoşagəlməz hadisələr tam əksini göstərir.
Belə ki, 14 saylı polikilinkaya gələn vətəndaşlar gördükləri mənzərə ilə qarşılaşandan sonra birbaşa Səhiyyə Nazirliyinə şikayət edir. Redaksiyamıza müraciət edən vətəndaş iddia edir ki, səhəti ilə bağlı polikilinkada olub. Əvvəlcə uzidən keçməy üçün Elnarə Qəhramanovaya müraciət edir. Uzidən keçən istənilən şəxsə rəsmi sənət verilməlidir. Lakin Elnarə xanım hər dəfə bir bəhanə gətirərək məsuliyyətdən yayınmağa çalışır.
Qeyd edək ki, bununla bağlı dəfələrlə Səhiyyə Nazirliyinə şikayət edilib. Əldə etdiyimiz məlumatlara görə, bütün şikayətlər nazirliyin hüquq və daxili nəzarət sektorunun müdiri Elxan adlı şəxs tərəfindən arxa plana atılır. Digər bir məlumatda isə bildirilir ki, E. Qəhrəmanovanın diplomu saxtadır. Hətta polikilinkanın baş həkimi bunun məsuliyyəti haqda Elnarə xanıma məlumat verib. 2003-cü ildə açılan özəl universitetlərin birində təhsil alan E. Qəhrəmanovanın savadı səhiyyə sahəsi üçün olduqca təhlükəlidir.
Maraqlısı budur ki, Səhiyyə Nazirliyi vətəndaşların haqlı narazılıqlarını araşdırmır. Əksinə, hüquq və daxili nəzarət şöbəsinin müdiri Elxan(soyadını dəqiqləşdirə bilmədik) bütün vasitələrdən istifadə edərək, yaxın qohumunu 14 saylı polikilinkada işləməsinə yardımçı olur. Çox istərdik ki, aidiyyətli qurumlar məsələni nəzarətə götürsin və 14 saylı polikilinkada baş verən hadisələri araşdırsın. Araşdırmalarımız davam edir...

Məqalədə adı hallanan şəxslərin mövqeyini dinləməyə hazırıq.

Dosye.org


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: 14, Prezidentin, BABRChLQ, achilish, bash, sayli, etdiyi, polikilinkada, verir, neler
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-08-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ