SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Naxçıvan gömrüyündə Ermənistana aid pullar aşkar edilib - OLAY

Naxçıvan gömrüyündə Ermənistana aid pullar aşkar edilib - OLAY

Tarix:

1-12-2017, 10:26

/ 1 365 dəfə oxundu.
Naxçıvan gömrüyündə Ermənistana aid pullar aşkar edilib - OLAY

Naxçıvanda cari ildə gömrük orqanları tərəfindən milli və iqtisadi təhlükəsizliyin, ictimai asayişin və insanların sağlamlığının qorunması istiqamətində tədbirlər davam etdirilib.

Bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, gömrük sərhəd-buraxılış məntəqələrində ayrı-ayrı şəxslərdən 102 ədəd beşbarmaq, 20 ədəd bıçaq, 11 ədəd qılınc və Ermənistana aid 6 adda, ümumilikdə, 352 ədəd kağız və dəmir pullar, mobil nömrə kartları, 206 qutu siqaret aşkar edilərək xüsusi qaydada məhv olunub.

Naxçıvan MR Dövlət Gömrük Komitəsi vətəndaşları əmin edir ki, qanunvericiliyin tələblərinin, istehsalçıların və istehlakçıların hüquqlarının müdafiəsi, əhalinin keyfiyyətli idxal məhsulları ilə təminatı, insan sağlamlığının və ətraf mühitin qorunması istiqamətində işlər bundan sonra da davam etdiriləcək, gömrük qaydalarının pozulması hallarına qarşı lazımi tədbirlər görüləcəkdir

Şərhlər

XƏBƏR LENTİ