SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Dekabrın ilk gününün hava proqnozu açıqlandı

Dekabrın ilk gününün hava proqnozu açıqlandı

Tarix:

30-11-2017, 13:19

/ 1 424 dəfə oxundu.
Dekabrın ilk gününün hava proqnozu açıqlandı

Dekabrın 1-də Azərbaycanda müşahidə olunacaq hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir açılacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-11° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 772 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında dekabrın 1-də hava şəraiti yağmursuz keçəcək. Lakin bəzi şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5°şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

Şərhlər

XƏBƏR LENTİ