SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda bir ilk: Velosiped yolu salınacaq

Bakıda bir ilk: Velosiped yolu salınacaq

Tarix:

30-11-2017, 12:24

/ 1 376 dəfə oxundu.
Bakıda bir ilk: Velosiped yolu salınacaq

"İndiyə qədər güzəştli mənzil almaq üçün müraciət etmiş 7 mindən çox insanın elektron kabineti yaradılıb. Bu da onların güzəştli mənzil almaq hüququnun təsdiq edildiyini göstərir".

Bunu Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuat xidmətinin rəhbəri Diana Dadaşova deyib.

Onun sözlərinə görə, MİDA-nın inşa etdiyi Yasamal Yaşayış Kompleksində insanların rahat yaşaması üçün bütün infrastruktur qurulacaq.

MİDA rəsmisi onu da qeyd edib ki, tikilən yaşayış kompleksi bir sıra yeniliklərlə də seçiləcək. Belə ki, kompleksin ərazisindəki binaların həyətinə operativ xidmət göstərən qurumların nəqliyyat vasitələri istisna olmaqla, avtomobillərin girişi qadağan olunacaq.

Orada velosiped yollarının olması nəzərdə tutulub. Velosipedlə yanaşı, velosiped dayanacağı da şəhərcik ərazisində quraşdırılacaq: “Ümumilikdə hazırladığımız layihəyə əsasən, şəhərcik ərazisində salınacaq velosiped yolu 1,5 metr enində, 5200 metr uzunluğunda olacaq. 28 piyada keçidi, 5 avtobus dayanacaq məntəqəsi olacaq. İlkin olaraq 4 marşrut xəttinin şəhərcik ərazisindən keçməsi nəzərdə tutulub”.

Şərhlər

XƏBƏR LENTİ