SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İki qurum arasında intriqa bir binanı istiliksiz qoydu - ŞİKAYƏT

İki qurum arasında intriqa bir binanı istiliksiz qoydu - ŞİKAYƏT

Tarix:

30-11-2017, 10:40

/ 1 321 dəfə oxundu.
İki qurum arasında intriqa bir binanı istiliksiz qoydu - ŞİKAYƏT

Bakıda "Azəristiliktəchizat" ASC ilə Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyi arasındakı intriqa Yasamal rayonu Mikayıl Müşfiq küçəsi 501, bina 12 -də yaşayan sakinləri istiliksiz qoyub.
Bina sakinləri redaksiyamıza müraciət edərək sözügedən binanın istiliksiz qaldığını, istiliyin birinci mərtəbədən yuxarıya qalxmadığını, azyaşlı uşaqların isə soyuqdan əziyyət çəkdiyini bildiriblər. Onlar qeyd ediblər ki, məsələ ilə bağlı "Azəristiliktəchizat" ASC-yə, Mənzil Kommunal Təsərrüfat Birliyinə və digər aidiyyatı qurumlara müraciət etsələr də onların problemi xeyli müddətdir ki, həllinə qovuşmayıb.
Məsələ ilə bağlı "Azəristiliktəchizat" ASC -nin mərkəzi ofisi ((99412) 379-19-78; (99412) 371-48-13) və yerli şöbəsi ((99412) 432-54-11) ilə əlaqə saxlamağa çalışsaq da iş günü ərzində onlar telefon zənglərinə cavab verməyiblər. Lakin şəxsi əlaqələr hesabına Yasamal rayon şöbəsinin baş mühəndisi Nəbi Sultanov problemin təchizatda deyil, sakinlər arasındakı qərəzlik olduğunu və bunun da "Azəristiliktəchizat"a heç bir bağlılığı olmadığını bildirdi. Həmçinin o qeyd etdi ki, üzərlərinə düşən işi layiqincə görüblər, problem Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyindədir: "Biz "Azəristiliktəchizat" olaraq binaya lazımi təzyiqdə istlik veririk, lakin orada paylayıcı şəbəkədə problem olduğuna görə də digər mərtəbələrə istlik getmir. Bunu sakinlər öz aralarında həll etməlidirlər. Birinci mərtəbə ilə beşinci mərtəbə arasında intriqa olduğuna görə belə hadisə yaşanır bunu da hüquq mühafizə orqanları ilə həll etməlidirlər. Paylayıcı şəbəkənin quraşdırılması isə Yasamal rayon Mənzil kommunal Təsərrüfat birliyinin işidir. Burada bizlik heç nə yoxdur, biz işimizi görürük".
Sakinlər isə baş mühəndisin sözləri ilə razılaşmayıblar, onlar problemi məhz "Azəristiliktəchizat" ASC-nin yaratdığını və paylayıcı şəbəkəni düzgün qurmadıqlarını bildiriblər: "Binada aylayıcı şəbəkə düzgün quraşdırılmayıbdır. Zirzəminin açarı hansısa sakində var, gizlin şəkildə açaraq paylayıcı şəbəkəni elə quraşdırıblar ki, yuxarı mərtəbələrə istlik qalxmır. Buna da birbaşa onlar özləri cavabdehdilər. Hər bir halda heç bir sakinin ixtiyarı yoxdur belə bir addım atmağa, belə ediblərsə belə bunu onlar aradan qaldırmalıdırlar. Biz bütün orqanlara müraciət etmişik, hətta prezident aparatına da məktub yazmışıq. Hamısı müracimizə baxılması üçün məktubu "Azəristiliktəchizat" ASC-yə göndəriblər. Əgər onlara göndərilibsə demək ki, problemi də onlar həll etməlidir. Hər halda problemi Mənzil Kommunal Təsərrüfat Birliyi baxsaydı onlara göndərilərdi. Biz eyni zamanda Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə də müraciət etmişik lakin problem həllini tapmır. Qarşıdan şaxtalı qış ayları gəlir, biz soyuqdan donub öləcəyik, xahiş edirik məsələni ictimailəşdirin ki, bizim problemimizi həll etsinlər".

Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyi isə ((+994 12) 538-96-53, (+994 12) 538-77-06, (+994 12) 538-97-06) gün ərzində edilən zənglərimizə cavab vermədi.

Mövqelərini dərc etməyə hazırıq.

big.az

Şərhlər

XƏBƏR LENTİ