SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Strateji yol xəritələrinin ən pis icraçıları: FHN, "Azəravtoyol", XDG...

Strateji yol xəritələrinin ən pis icraçıları: FHN, "Azəravtoyol", XDG...

Tarix:

29-11-2017, 17:28

/ 1 468 dəfə oxundu.
Strateji yol xəritələrinin ən pis icraçıları: FHN, "Azəravtoyol", XDG...

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bu ilin birinci yarısında strateji yol xəritələrinin icra vəziyyətini monitorinq edib və onun nəticələrini dərc edib.

Bu hesabat özündə 2017-ci ilin ilk 6 ayında icra edilmiş və ya icrasına başlamış tədbirləri ehtiva edir. Monitorinq hesabatından məlum olub ki, bu dövrdə sektorlar üzrə 10 strateji yol xəritəsindən yalnız 1- də - ucuz qiymətə mənzil təminatında - icra səviyyəsi 50 faizdən yüksəkdir. Əslində bu sahədə də görülmüş işlər hələ başlanğıc səviyyəsindədir. Yəni, nəticə olaraq ehtiyacı olanların mənzillə təminatı ən yaxşı halda növbəti ildən başlaya bilər.
Mərkəzin rəhbəri Qubad İbadoğlunun sözlərinə görə, qiymətləndirmə hesabatnın təzadlı və maraqlı tərəflərindən biri odur ki, 9 sektor üzrə strateji yol xəritələrinin icra vəziyyəti 50 faizdən aşağı (hətta kiçik və orta sahibkarlıq, telekommunikasiya, maliyyə xidmətləri, peşə təhsili və təlim, logistika və ticarət üzrə icra səviyyəsi 27-29 faiz arasında) olmasına baxmayaraq, milli iqtisadiyyatın perspektivi üzrə əsas yol xəritəsinin icra vəziyyəti 62 faiz (?) dəyərləndirilib. Əsas icraçı qurumların perfomansı üzrə aparılmış qiymətləndirmələr göstərib ki, strateji yol xəritələrində nəzərdə tutulmuş öhdəliklərin ən pis icraçıları "Azəravtoyol", "Xəzər Dəniz Gəmiçiliyi", Fövqəlada Hallar Nazirliyi, Ədliyyə Nazirliyi və Dövlət Statistika Komitəsidir.

Şərhlər

XƏBƏR LENTİ