SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıya yağış, rayonlara qar XƏBƏRDARLIĞI

Bakıya yağış, rayonlara qar XƏBƏRDARLIĞI

Tarix:

29-11-2017, 13:20

/ 1 296 dəfə oxundu.
Bakıya yağış, rayonlara qar XƏBƏRDARLIĞI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha olan hava proqnozunu açıqlayıb.

Bakıda və Abşeron yarımadasında noyabrın 30-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı, gecə yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-5, gündüz 8-11, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.

Şərhlər

XƏBƏR LENTİ