SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Tanınmış modelyer 5 gündür aclıq aksiyasına başlayıb - SƏBƏB

Tanınmış modelyer 5 gündür aclıq aksiyasına başlayıb - SƏBƏB

Tarix:

29-11-2017, 09:55

/ 1 404 dəfə oxundu.
Tanınmış modelyer 5 gündür aclıq aksiyasına başlayıb - SƏBƏB

Azərbaycının tanınmış modelyer Leyla Əhmədova hüquqlarının pozulduğunu deyərək, moda evində aclıq aksiyasına başlayıb.

Bu barədə teleaparıcı İlahə Nizamiqızı rəsmi İnstaqram səhifəsində hüquqlarının pozulduğuna görə moda evində aclıq aksiyasına başlayan modelyer Leyla Əhmədovanın videosunu paylaşaraq, ona dəstək olmağına müraciət edib.

"Məşhur modelyer - Respublikamızı dəfələrlə dünyanın bir çox podiumlarında laiqincə təmsil edib, tanıdan Leyla Əhmədova çox pis durumdadı. Az öncə yanında idim. Leyla xanım 5 gündür ki, aclıq elan edərək özünə qəsd edir. Məsələ burasındadır ki, modelyer bir ilə yaxındır ki, çalışdığı məkan uğrunda haqsızlıqla mübarizə aparır və heyif ki, əks tərəf yenədə öz bildiyini edərək azərbaycanlı xanıma əziyyət edir.

Dəyərli dostlar və izləyiçilərim xahiş edirəm bir müsalman və carəsiz xanıma dəstək olaq. Onun yolunu gözləyən anasına, günlərdi həsrət qalan övladları var. Leyla Əhmədovanı tanıyan və tanımayan hər kəsdən rica edirəm bu videonu paylaşaq, çünki xanım artıq pis vəziyyətdədir. Halı günə - günə pisləşir, hər birimizin dəstəyi və duası ilə bir ananın, bir müsalman xanımın yanında olaq".

Qeyd edək ki, modelyer Leyla Əhmədova saytlara müraciət edərək həyatının təhlükədə olduğunu və icarəyə götürdüyü yerin sahibləri Nizami Ağayev və Lütfəliyev Azər tərəfindən hədələndiyini demişdi.

DİA,AZ
Tanınmış modelyer 5 gündür aclıq aksiyasına başlayıb - SƏBƏB
Tanınmış modelyer 5 gündür aclıq aksiyasına başlayıb - SƏBƏB

Şərhlər

XƏBƏR LENTİ