SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda Jeep-lə qəza törədərək qadını öldürən şəxs gizlədilir -VİDEO

Bakıda Jeep-lə qəza törədərək qadını öldürən şəxs gizlədilir -VİDEO

Tarix:

27-11-2017, 15:09

/ 1 573 dəfə oxundu.
Bakıda Jeep-lə qəza törədərək qadını öldürən şəxs gizlədilir -VİDEO

Noyabrın 8-də Bakının Səbail rayonu ərazisində yerləşən Bayraq Meydanı yaxınlığında 90 FO 007 dövlət qeydiyyat nişanlı Grand Cheroke Jeep markalı avtomobillə 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vuraraq həyatdan məhrum etmiş şəxsin kimliyi gizlədilir.

Bu haqda Amerikapress.com saytına Könül Əkbərovanın anası Bəsdi Qədimova məlumat verib.

Məlumatda bildirilir ki, bu avtomobil imkanlı məmur Hamlet Əfəndiyevin övladları Əflatun və Nadir Əfəndiyevlərə məxsusdur.

Bəsdi Qədimova bu qəzanın Səbail RPİ-nin İstintaq İdarəsinin müstəntiqi Vüqar Abbasov tərəfindən araşdırıldığını deyib. O, istintaqın gedişindən narazı olduğunu, cinayət törətmiş şəxsin gizlədildiyini bildirib.

Bəsdi Qədimova ölkə başçısı İlham Əliyevə və daxili işlər naziri Ramil Usubova müraciət edərək, qızının ölümü ilə nəticələnən qəzanı törətmiş şəxsin cəzalandırılmasını tələb edib.

Şərhlər

XƏBƏR LENTİ