SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Aslan İsmayılov: Səbail icra hakimiyyətinin yaşıllıq düşmənçiliyi - VİDEO

Aslan İsmayılov: Səbail icra hakimiyyətinin yaşıllıq düşmənçiliyi - VİDEO

Tarix:

24-11-2017, 13:42

/ 1 882 dəfə oxundu.
Aslan İsmayılov: Səbail icra hakimiyyətinin yaşıllıq düşmənçiliyi - VİDEO

Əziz Həmvətənlərim!
Həyatımın ən azı 15 ilini bacardığım qədər Bakıda yaşıllığın qorunmasına həsr etmişəm. Ağac qırğınının kütləvi hal aldığını görükdə, insanlara yaşıllığın nə qədər vacib olduğunu və qorunmasını aşılamaq üçün öz vəsaitim hesabına sürüşmə zonasında, zibillik kimi istifadə olunan ərazidə rəsmi strukturların şifahi razılığı əsasında bu ilin may ayında 650 Xan Çinarı əkdim (facebook.com/Aslan.Z.Ismayilov/videos/1583078711710612). İsti yay günlərində hər günü həmin ərazidə keçirdim və ağacların hamısının yerli şəraitə uyğunlaşmasını təmin edib qurumasının qarşısını aldım. İşlərin çoxunu öz əllərimlə gördüm. Bundan başqa daim ərazidə olmaq, ağaclara qulluq etmək üçün Zahid adlı bağban da tutdum. Həmin şəxsin işini vicdanla yerinə yetirməsi, normal iş şəraitini təmin etmək üçün həmin ərazidə təxminən 10 kv. metrlik vaqon yerləşdirdim. Həmin vaqonda Parkda istifadə edilən avadanlıqlar və Zahidin şəxsi əşyaları yerləşirdi. Qeyd edim ki, həmin vaqon may ayından orada yerləşir. Bu gün Səbail rayon icra başçısı Eldar Əzizovun göstərişi ilə onun müavini Abit Əliyev əraziyə gəlib vəhşicəsinə həmin vaqonu yerindən götürtdürdü və ətrafda olan çoxillik ağacları məhv etdi. Bu adama bildirəndə ki "saldığımız Parkın heç kimə ziyanı yoxdur, daha yaxşı olar ki, 50 metr aralıqda ətrafdakı ağacları qırıb orada əxlaqsızlıq yuvası düzəldənlərin qarşısını alsın, Abit Əliyev gözümün işinə baxa-baxa bunları dedi: "bu Parkı biz salmışıq, sən isə bizə qarşı provokasiya ilə məşğulsan". Məqsədin nə olduğunu bildiyimdən həmin sahədən uzaqlaşdım.
Bir daha qeyd edirəm ki, bu Park özəl deyil, hamı üçündür, məqsəd də digərilərini də belə əməllərə sövq etməkdir. Bacardığım qədər, canım bahasına da olsa o Parkı qoruyacam. Hakimiyyətin də borcu kömək etmək deyilsə, onda mane olmamalıdır. Qalanı isə Siz - Vətəndaşların mövqeyindən asılıdır. Bu havanı hamımız uduruq.

Şərhlər

XƏBƏR LENTİ