SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Saytlara vəsait ayrılsın! - Amaşovdan təklif

Saytlara vəsait ayrılsın! - Amaşovdan təklif

Tarix:

22-11-2017, 16:58

/ 1 542 dəfə oxundu.
Saytlara vəsait ayrılsın! - Amaşovdan təklif

Deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün parlametdəki büdcə müzakirələri zamanı elektorn KİV-lərə - aparıcı saytlara da dövlət büdcəsindən vəsait ayrılmasını təklif edib.

Ə.Amaşov deyib ki, büdcə layihəsində bəzi sahələr üzrə xərclər azaldılsa da, bu, media sektoruna şamil olunmasın. O KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu üçün gələn ilin büdcə layihəsində nəzərdə tutulan 4 milyon manatın 5 milyona çatdırılmasını təklif edib: “Həmin 1 milyon manat hesabına hazırda normal fəaliyyət göstərən 30-dək ciddi xəbər saytına dövlət dəstəyi göstərmək olar. Jurnalistika ölkədə ictimai rəyin formalaşmasında və ölkənin dünyada təbliğində mühüm rol oynayır. Ona görə də bu sahə ilə bağlı qənaət rejiminə keçilməməlidir”.

Şərhlər

XƏBƏR LENTİ