SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Dərs vaxtı nə təmir?! Burada nəsə fırıldaq var" - FAKT

"Dərs vaxtı nə təmir?! Burada nəsə fırıldaq var" - FAKT

Tarix:

22-11-2017, 13:23

/ 1 759 dəfə oxundu.
"Dərs vaxtı nə təmir?! Burada nəsə fırıldaq var" - FAKT

Sabunçu rayonunda fəaliyyət göstərən 22 saylı tam orta məktəbin direktoru gecikmiş təmirlə əlaqədar olaraq şagirdlərə qanunsuz tətil verib.

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Məlumatda bildirilir ki, direktor bir neçə gün əvvəl şagirdlərə 2-ci gün yox, 5-ci gün dərsə gəlmələrini və 4 manat gətirmələrini tapşırıb:
“Məlum olduğu kimi, payız tətili bazar ertəsi bitdi və dərslər ikinci gündən başlayıb. Dünən 22 saylı orta məktəbin böyük korpusunda (kiçik korpusunda yalnız ibtidai siniflərə dərs keçirlər) dərs olmayıb. Səbəb təmirdir. Dərs vaxtı nə təmir?! Burada nəsə fırıldaq var. Əlbəttə təmir üçün ayrılan pulu yeyiblər, indi düşünüblər ki, ilin sonu yoxlanış gəlsə, işin üstü açılar və payız tətilində təmirə başlayıblar, fəqət çatdıra bilməyiblər və əlavə 3 gün qanunsuz “tətil” verilib uşaqlara.
Təhsil Nazirliyindən məsələ ilə bağlı direktora zəng ediblər. Direktor təkzib edib, amma “qərar”ını qəfil dəyişib: uşaqlar bu gündən dərsə gəlsinlər. Bu gün getdim, səhər 9-a işləmişdi, amma dərs başlamamışdı. Qızları idman zalına salmışdılar. Girdim içəri, direktorun müavini mane olmaq istədi. Səsimi atdım başıma, dava, mərəkə. “Sizin nə ixtiyarınız var ki, tədris prosesini pozursunuz?” Məktəb elə gündədir ki, dərs keçmək mümkün deyil: partalar dəhlizlərdə, boya iyi, toz-torpaq. Digər direktor müavini dedi ki, saat 10-da dərs başlayacaq. Niyə 10-da? Oğlanlara partaları daşıtdırıb, qızlara yerləri sildirmək istəyirlər.Direktor müavini ilə söhbətimin səsyazısı da var”.
Mövzu ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinin mətbuat katibi ilə əlaqə saxladıq. Bəşarət Məmmədov sözügedən məsələdən xəbərdar olduqlarını, artıq araşdırmalara başladıqlarını bildirdi.
“Araşdırmalar yekunlaşdıqdan sonra son nəticə ilə bağlı mətbuata rəsmi açıqlama veriləcək. Hazırda araşdırma aparıldığı üçün dəqiq bir söz deyə bilmərəm”.

Prime-Time

Şərhlər

XƏBƏR LENTİ