yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Elm haqqında” qanuna dəyişiklik - Prezidentdən yeni fərman

“Elm haqqında” qanuna dəyişiklik - Prezidentdən yeni fərman
21-11-2017, 18:43 184 dəfə baxılıb

Bu gün Prezident İlham Əliyev "Elm haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və "Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanlarına dəyişiklik edib.

Bununla bağlı verilən fərmana əsasən, aşağıdakı dəyişikliklər olacaq:

1. Müəyyən edilsin ki:

1.1. "Elm haqqında” Azərbaycan Respublikası Qanununun 12.6-cı maddəsində (ikinci halda), 33.15-ci maddəsinin ikinci cümləsində, 36.1-ci, 36.3-cü, 36.4-cü maddələrində və 38.16-cı maddəsində (idxal gömrük rüsumundan azad edilməyə münasibətdə) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

1.2. həmin Qanunun 27.3.11-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini tabeliyində ali təhsil müəssisələri olan icra hakimiyyəti orqanları həyata keçirirlər;

1.3. həmin Qanunun 34.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini qrant müqavilələrinə münasibətdə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısı”nda qeyd olunan icra hakimiyyəti orqanları, layihə və proqramlara münasibətdə isə mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.

2. "Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1370) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.3-cü bənddə:

2.1.1. "33.8-ci” sözləri "38.8-ci maddəsində, 33.15-ci maddəsinin ikinci cümləsində” sözləri ilə əvəz edilsin;

2.1.2. mötərizədə "birinci” sözündən sonra "və ikinci” sözləri, "35.2-ci,” sözlərindən sonra "36.1-ci, 36.3-cü, 36.4-cü,” sözləri, "37.4-cü maddələrində” sözlərindən sonra ”, 38.16-cı maddəsində (idxal gömrük rüsumundan azad edilməyə münasibətdə)” sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda 2.3-1-ci və 2.3-2-ci bəndlər əlavə edilsin:

"2.3-1. həmin Qanunun 27.3.11-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini tabeliyində ali təhsil müəssisələri olan icra hakimiyyəti orqanları həyata keçirirlər;

2.3-2. həmin Qanunun 34.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini qrant müqavilələrinə münasibətdə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısı”nda qeyd olunan icra hakimiyyəti orqanları, layihə və proqramlara münasibətdə isə mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;”.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: haqqinda, qanuna, deyishiklik, Elm, , ferman, Prezidentden, yeni
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

14-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ