yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Kinder sürpriz”də ölümcül maddə tapıldı - Neftdən ayrılan maşın yağı...

“Kinder sürpriz”də ölümcül maddə tapıldı - Neftdən ayrılan maşın yağı...
21-11-2017, 18:40 136 dəfə baxılıb

"Kinder sürpriz”də kanserogen maddə tapılıb.

Xalqxeber.Az Medicina.az-a istinadən xəbər verir ki, bu haqda Almaniyada istehlakçıların hüquqlarını müdafiə edən təşkilat məlumat yayıb. Nüfuzlu xarici KİV-də yazılıb ki, üzərində ekspertiza aparılan 5 məhsulda mineral yağların təhlükəli konsentrasiyasının normadan artıq olduğu üzə çıxıb. Bu yağlar adətən neft emalı prosesində yaranır.

Məlumata görə, kanserogen maddə şokoladın örtüldüyü kağızda yaranır və şokolada keçir.

"Biz istehlakçılara bu məhsulu almamağı məsləhət görürük. Çünki MOAH birləşməsi qida üçün qətiyyən uyğun deyil”, – deyə təşkilatın rəhbəri bildirib. Bu təşkilat "Kinder” məhsullarının satışdan yığışdırılması məsələsini də qaldırıb, lakin hələ ki, müsbət cavab almayıb. Konditerlər Assosiasiyası isə bildirib ki, bu konsentrant narahatlıq yaratmır və alıcılar təşvişə düşməməlidir.

Rusiyalı mütəxəsislər də təsdiqləyib ki, texniki yağın kağızdan şokolada keçməsi, ordan da orqanizmə düşməsi ciddi allergik reaksiyalar, zərərli maddələrin toplanması və sonda xərçənglə nəticələnə bilər.

Ekspertlər şokolad istehsalında hansısa texniki səhvin baş verdiyini, lakin brendin öz alıcılarını itirməmək üçün bu səhvi ört-basdır etməyə çalışdıqlarını güman edir.

Həkim-pediatrlar isə "Kinder sürpriz”in uşağın mədə, qaraciyər və sinir sistemini zədələyəcəyini bildirib. Çünki neftdən ayrılan maşın yağının orqanizmə düşməsi və qəbul olunması ölümcül təhlükədir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: surprizde, Neftden, mashin, yagi, Kinder, tapildi, olumcul, , ayrilan, madde
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

14-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ