yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Düyü aldı, plastmas çıxdı - Bakıda şok olay - FOTO

Düyü aldı, plastmas çıxdı - Bakıda şok olay - FOTO
21-11-2017, 17:15 521 dəfə baxılıb

Azərbaycanda istehlakçı mağazadan aldığı yumru düyünün təbii olub-olmadığını yoxlamaq üçün sınaqdan keçirib.
Bu barədə Təranə İbrahimova adlı xanım özü Yenicag.az-a məlumat verib. O, aldığı yumru düyünü yandırdıqdan sonra sellofan kimi bir-birinə yapışdığını bildirib:
“Düyü alanda ehtiyatlı olun. Uzun düyü kimi yumru düyünün də Çindən gətirildiyini eşitmişdim. Həmin düyülərin də tərkibi sağlamlığa zərərli maddələrdən ibarətdir. İnternetdə qutu ilə satılan yumru düyünün sintetik maddələrdən hazırlandığı haqda oxumuşdum. Buna görə də sınaqdan keçirtmək üçün mağazadan qutu qablaşdırmada olan düyü aldım. Yandırdım, düyülər şişib, bir-birinə yapışaraq, alovlanmağa başladı. Əsl düyü tək-tək yanmalı, öz formasında qalmalı və sellofan kimi bir-birinə yapışmamalıdır. Düyünü yoxladığım çəngələ baxdıqda isə dəhşətə gəldim: elə bil ərimiş sellofana yapışıb. Şəklini çəkdim ki, sağlamlığa zərərli olan düyülərdən almayasınız”.
Məsələ ilə bağlı açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ölkəmizdə qanunsuz yolla məhsul satışının qadağan olduğunu deyib. Onun sözlərinə görə, sahibkar bu yolla istehlakçıya zərər vurarsa, istehlakçı aidiyyatı qurumlara müraciət edərək, öz hüquqlarını müdafiə edə bilər:
“Dünyada standartlara uyğun olaraq, süni məhsulların hazırlanması məsələsi var. Əgər alınan məhsul sünidirsə, istehlakçının aldanmaması üçün məhsulun üzərində məlumat yerləşdirilməlidir. Azərbaycan qanunvericiliyində də bu barədə tam olaraq icazə verilib-verilməməsi haqda məlumat yoxdur. Lakin belə məhsulların ölkəmizdə satışına icazə verilməməlidir. İstehlakçı həmin məhsulu Azad İstehlakçılar Birliyinə gətirsə və haradan aldığını desə, biz bununla bağlı müəyyən tədbirlər görməyə hazırıq. Çünki əks-təqdirdə belə məhsullar insanlarda müəyyən xəstəliklərin əmələ gəlməsinə və zəhərlənmələrə səbəb ola bilər.
Məhsulun icazəsiz satışı onun qanunsuz olaraq həyata keçirilməsi deməkdir. Bu isə istehlakçı hüquqlarının, dövlət qanunlarının pozulması hallarına gətirib çıxarır. Buna görə də istehlakçı dövlət orqanlarına, gömrük komitəsinə müraciət edərək, şikayətini bildirməlidir. Düyünün satışından sahibkar nə qədər gəlir əldə edibsə, hamısı dövlət büdcəsinə keçirilməlidir”.
Düyü aldı, plastmas çıxdı - Bakıda şok olay - FOTO
Düyü aldı, plastmas çıxdı - Bakıda şok olay - FOTO
Düyü aldı, plastmas çıxdı - Bakıda şok olay - FOTO


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: chixdi, shok, FOTO, olay, Duyu, aldi, Bakida, plastmas
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-12-2017


15-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ