SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ali məktəblərə qəbul olunanların bal göstəricisi artdı

Ali məktəblərə qəbul olunanların bal göstəricisi artdı

Tarix:

21-11-2017, 12:34

/ 1 496 dəfə oxundu.
Ali məktəblərə qəbul olunanların bal göstəricisi artdı

“Son illərdə ali məktəblərə qəbul olunanların orta bal göstəricisi artıb”.

Bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev “Ali təhsildən gözləntilər” adlı seminarda deyib. Onun sözlərinə görə, bu il qəbul imtahanlarında 2472 nəfər 600-dən yuxarı bal toplayıb: “Keçən il bu rəqəm 2281, 2015-ci ildə 2094, 2014-cü ildə isə 1725 nəfər olub. Bu il isə 15 nəfər 700 bal toplayıb. Ali məktəblərə qəbul olunanların 52 faiz qız, 48 faizi oğlandır”.

Y. Piriyev bildirib ki, magistraturaya qəbul imtahanlarında bakalavrların ümumi nəticələri ötən tədris ilinə nisbətən 36,3 faiz artıb.

Təhsil Nazirliyinin tabeliyində olan ali məktəblərdə təhsil alan prezident təqaüdçülərinin sayının artdığını xatırladan şöbə müdiri qeyd edib ki, bu tədris ilində ali məktəblərdə təhsil alan əcnəbilərin sayı artaraq 5410 nəfər təşkil edib.

Y. Piriyev özəl ali məktəblərə qəbul planının azalma səbəbini isə “Qafqaz” və “Təfəkkür” universitetlərinin fəaliyyətlərini dayandırması ilə əsaslandırıb: “Bildiyiniz kimi, “Qafqaz” Universitetinə hər il 1000 nəfər qəbul olunurdu”.

Şöbə müdiri əlavə edib ki, Azərbaycanın ali məktəblərində xaricdən dəvət olunan əcnəbi müəllimlər çalışır.

Şərhlər

XƏBƏR LENTİ