SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Riyad” daha olmayacaq: - ad dəyişdi

“Riyad” daha olmayacaq: - ad dəyişdi

Tarix:

20-11-2017, 12:13

/ 1 820 dəfə oxundu.
“Riyad” daha olmayacaq: - ad dəyişdi

“Riyad” Mühafizə Xidmətinin adı dəyşdirildi.

Bir müddət öncə lisenziyasının ləğv edildiyi deyilən mühafizə xidmətinin adı dəyişdirilib. Mühafizə Xidməti bundan sonra “Alov” adı ilə fəaliyyət göstərəcək.

Qeyd edək ki, bir müddət öncə "Riyad" Mühafizə Xidmətinin lisenziyasının ləğv olunması barədə məlumat yayılmışdı. Məlumatda xidmətin fəaliyyət göstərmək hüququnun əlindən alındığı iddia olunurdu.

“Riyad" Mühafizə Xidmətinin mətbuat xidmətinin rəhbəri Fuad Mədətov verdiyi açıqlamada yayılan məlumatların tamamilə yanlış olduğunu bildirmişdi. Əlavə etmişdi ki, RMX-nin baş idarə rəisi Etibar Qasımov Daxili İşlər Nazirliyinə məktubla müraciət edərək, sözügedən qurumun adının dəyişdirilməsinə icazə istəyib. F.Mədətov bildirmişdi ki, lisenziya olduğu kimi qalıb, yalnız qurumun adı dəyişiləcək.

Şərhlər

XƏBƏR LENTİ