SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sumqayıt 24 saylı məktəb KORRUPTİV şəbəkənin idarəsindən azad edilə bilmir

Sumqayıt 24 saylı məktəb KORRUPTİV şəbəkənin idarəsindən azad edilə bilmir

Tarix:

20-11-2017, 10:44

/ 3 131 dəfə oxundu.
Sumqayıt 24 saylı məktəb KORRUPTİV şəbəkənin idarəsindən azad edilə bilmir

Müstəqilliyini qazanıb öz dövlətini qurmuş bir millətin qarşısında duran əsas məsələlərdən biri, hətta ən birincisi xalqının, millətinin tarixinə, mənəviyyatına, milli mentalitetinə, ənənələrinə və s. keyfiyyətlərinə uyğun milli ideologiyanı özündə cəmləşdirən təhsil sisteminin qurulmasıdır. Bu mövzuda geniş mövzular işlənilib xalqa çatırılmasına baxmayaraq xalqın yoxluğuna cəhd edənlər bunu qulaq ardı etməkdə davam edirlər.
Dövlətin inkişafını yüksək savada, biliyə, elmi ixtisaslara malik kadrlar vasitəsi ilə həyata keçirmək olar. Amma təsüflər olsun ki, məhz kadrların yetişməsində, savadlılıq dərəcəsinin artırılmasına, görünməyən əllərin maniə mexanizmlərinin surətlə inkişaf etdirilməkdədir. Hər bir sahənin mütəxəsisi yetişdirilməsi ilk olaraq məktəbdən başlamaqdadır. İnsanlığın ən yüksək zirvəsi bəndəlik olduğu kimi, bir dövlətin ərazisində yaşayan insanların da ən ümdə borcu dövlətinə sadiq, milli xüsusiyyətləri özündə cəmləşdirən vətəndaş olmaqdır. Bəndəliyi və vətəndaşlığı bacaran insanların yetişməsinin məsuliyyəti təhsilin üzərinə düşür.
Ulu öndər Heydər Əliyevin müdrik kəlamlarından birində deyilir: “Rəhbərlik etmək, yəni adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun”.
Daxil olmuş məlumatda bildirilir ki, Sumqayıt şəhər 24 saylı tam orta məktəbdə fəaliyyət göstərən C.Aslanova və S.Mikayılova diplomları saxtadır - deyə iddiallar daxil olmaqdadır.
Saxta diplom olan müəllim məktəbdə şagirdə hansı tərbiyyəni, hansı milli hissi öyrədə bilər? Bu yazını hazarlayan zaman müddətində məni heç tərk etməyən bir sual oldu: saxtakar, oğru necə düzlükdən danışa bilər? Ulu öndər Heydər Əliyevin kəlamında deyildiyi kimi “adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun”. Bu mənəvi haqqı tapdaladığınız halda sizə müəllimlik hüququnu kimlər hansı yollarla tanımaqdadır.
Gecəsini-gündüzə qatıb 4 il əziyyət çəkən müqqədəs sayılan müəllimlik adını qazananların haqqını bu tip əməl sahiblərinə yedizdirən korrupsionerlərlə iş birliyində olduğu halı qaçınılmazdır. Başqasının haqqının tapdanmasına göz yuman məktəb direktorunun, təhsil nazirliyinin qohumbazlıq siyasəti yürüdən vəzifəli məmurlarına nə ad verək? Ailə podratçılığı məhz ibtidayi təhsil ocaqlarında geniş vüsət aldığı və korruptiv əmələrin durmadan bu tip şəxslər tərəfindən artırılmaqdadır. Bunun qarşısını almadığımız zaman gələcək fəsadlarına bütün Azərbaycan xalqının sipər olması qaçınılmaz və bundan gələcək ziyan- zərərin qiyməti rəqəmlərlə hesablana bilməyəcək dərəcədə olacaqdır. Gənclik bizim gələcəyimiz ifadəsinin tam əksi olan bu addımlar millətin məhvinə yönəlmiş xarici qüvələrin daxildə apardığı siyasətə dayanmaqdadır. Tam şəkildə araşdırılarsa bu şəxslərin hansısa xarici qüvvələrə bağlılığının çıxmasıda mümkünlüyü görünməkdədir. Qısa zaman öncə bir məktəbin direktorunun qardaşı və oğlu mühacir həyatı yaşadığı halda direktor övladının fəaliyyət göstərdiyi məktəbdə mütəmaddi təhsil davamiyyətin təmin edirdi. Medianın araşdırmasından sonra direktor açıqlama verərək oğlu mühacir deyil müəlicə üçün ölkədən çıxdığın qeyd edirdi. Təbii ki, bu yalana nə dövlət qurumları nədə ictimai rəy sərt münasibət bildirdi.
Sumqayıt şəhər 24 saylı tam orta məktəbin direktoru Sara xanıma, yəqin ki, bilmiş olduğu, “Təhsil haqqında” Qanunundan və ümumtəhsil məktəblərinin nümunəvi Nizamnaməsindən və elmi-pedaqoji ədəbiyyatlardan məktəb direktorunun funksiyaları barədə həm nəzəri materiallarını, həm də qanunun tələblərini xatırlatmaq istərdik. “Təhsil haqqında” Qanunun və ümumtəhsil məktəblərinin nümunəvi Nizamnaməsi düzgün istiqamət üçün kompas rolunu oynayır. Bir qayda olaraq məktəbin geniş fəaliyyəti, təlim-tərbiyə prosesinin keyfiyyətli idarə olunmasında direktor öz məsuliyyətini dərindən dərk etməlidir. Məktəb direktoru öz funksiyalarını mükəmməl bilmədən təlim-tərbiyənin məqsədyönlü, planlı və mütəşəkkil təşkilində uğurlar qazana bilməz.
Məktəb direktoru kimi təşkilati və sərəncamvermə funksiyasını yerinə yetirərkən ilk olaraq qanunun tələblərinə və normativ sənədlərə, metodik nümunələrə söykənməklə yanaşı, qazanılmış pedaqoji təcrübəyə, zəngin ənənə və müasir mütərəqqi faydalı iş üsullarına həmişə istinad etməyək lazımdır.
Sumqayıt şəhər 24 saylı tam orta məktəbin sanki bünövrəsinə rüşvət ilk olaraq təməl əvəzi qoyulub.
24 saylı məktəbə direktor təyin olunmuş Ruhiyyə Quliyeva qısa zamanda yaxşı “işlərinə” görə Sumqayıt Təhsil Şöbəsinə müdiri vəzifəsinə təyinat alır. Direktor işlədiyi müddətdə buraxılan dərslərin əvəz olunması balansına elə bir tor toxuyub ki, həmin tordan direktor əvəzi Sara xanım bu gün də istifadə etməkdədir. Bu məktəbin fundamental kələk torundan məharətlə faydalanan direktor əvəzi saxta diplomlu müəllimləri öz maraqlarının qurbanına çevirməkdədir. Bu əməlin sahiblərininn əməllərini cinayət məsuliyyəti daşımasından xəbərsiz olduqlarını isə düşünmürük. Bilərəkdən törədilən cinayət serisində təzahür edən əmələrin təkrarlığa yol verildiyinə görə qanunla böyük cəzası olduğunuda vurğulamaq tam yerinə düşür.
Məktəbdə iaşə xidmətinin keyfiyyətini yüksək səviyyə qaldırmaq məqsədilə məktəb yeməkxanasını məktəb personalının hesabına, narazılıqlar olmasına baxmayaraq, təmir etdirib. Həmin yeməkxananın bəhrəsini isə direktor əvəzinin bacısının görməsi məsləhət bilinmişdi. Enerji daşıyıcılarının haqqı dövlət tərəfindən ödənilsə də xeyiri isə bacı görür.
Dərs saatlarının başına elə bir corab toxuyub ki, Sadiq-Nailə-Kifayət üçlüyü bu corabın hansı rəngdə olduğunu belə bilmirlər.
Redaksiyamıza daxil olmuş məlumatda həm də digər neqativ hallarla bağlı məlumat verilir. “Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq həmin neqativ halları əhatə edən sualları cavablandırmaq üçün məktəb direktoruna müraciət etmək istədik. Məktəbin mühafizəsini həyata keçirənlər, KİV haqqında, İnformasiya almaq haqında və digər qanununvericilik aktlarının tələblərini kobud şəkildə pozulması ilə verilmiş olan Təhsil Nazirinin 27 dekabr 2013-cü il №937 saylı əmrinə uyğun olaraq Təhsil Nazirliyinə müraciət etməyimizi məsləhət gördülər.
“Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə - “Kütləvi informasiya vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz”.
Digər tərəfdən Azərbaycan Respublikası düzgün idarəçiliyin, şəffaflığın artırılması və açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin mübadiləsi və beynəlxalq səylərə öz töhfəsini verə bilmək üçün ölkəmiz 2011-ci ildə Açıq Hökumət Tərəfdaşlığına qoşulmuşdur.
Bütün bunlara baxmayaraq Təhsil Nazirliyi təhsil müəssisələrində baş verən neqativ hallar barədə informasiyanın yayılmasının qarşısının alınması məqsədilə sünii bürokratik əngəllər yaradırlar. Təhsil Nazirliyinin məlum əmrini biz belə qiymətləndirirk.
Bu barədə növbəti yazımızda öz münasibətimizi daha geniş baxış bucağında sizlərin müzakirəsinə təqdim edəcəyik.

Adiyyatı qurumların məsələyə müdaxiləsi zərurəti mövcudur!

Qarşı tərəflərin də münasibətlərini dərc edə bilərik.

“Xəbərfakt.Az”

Şərhlər

XƏBƏR LENTİ