SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Müşviq qalmaqalı: “Azəravtoyol” sədrinin 5 milyonluq yalanı faş oldu - Fotolar

Müşviq qalmaqalı: “Azəravtoyol” sədrinin 5 milyonluq yalanı faş oldu - Fotolar

Tarix:

20-11-2017, 09:45

/ 1 573 dəfə oxundu.
Müşviq qalmaqalı: “Azəravtoyol” sədrinin 5 milyonluq yalanı faş oldu - Fotolar

Ötən ilin sentyabrında prezident Xudat - Yalama - Zuxuloba yolunun açılışını etmişdi
Yolun uzunluğu 24 kilometrdir.
Bu yol 18 məntəqəni birləşdirir və 28 min nəfərin gediş-gəlişini asanlaşdırmalıdır.
Amma məlum olur ki, “Azəravtoyol” ASC yolun tikintisi və genişləndirilməsində ciddi korrupsiyaya yol verib.
Rəsmi sənədlərdə qeyd olunur ki, asfaltbeton örtük 2 laydan ibarət qalınlığı 12 santimetrdir, eni isə 7.50 sm-dir.
Amma araşdırmalar və sadə bir ölçmə zamanı örtük layın qalınlığının 12 nədir, heç 5 sm olmadığı üzə çıxıb.
Yolun eninə gəlincə, 7.50 sm olmalıdır, amma 7 sm-dir. Hərəkət zolağı 3.75 olmalıdır, 3.50-dir. Bu da ciddi korrupsiya və maxinasiya əməliyyatı şübhələri yaradır.
Bu layihənin mühəndisi Xaçmazdakı 4 saylı Yol İstismarı İdarəsi MMC müdiri İsgəndər Hacıyev olub.
Hər halda İ.Hacıyev ASC rəhbəri Saleh Məmmədovdan icazəsiz yol yeyintisinə yol verməz. Çünki ASC tərəfindən yolun tikintisi aparılıb və nəzarət olunub.
Ona görə də “Azəravtoyol” ASC rəhbərliyinin açılış mərasimində prezidentə yalan məlumat verməsi sözügedən yolun tikintisinə ayrılan vəsaitlərin xərclənməsini araşdırma zərurəti yaradır.
Xudat - Yalama - Zuxuloba yolunun tikintisi üçün prezidentin ehtiyat fondundan “Azəravtoyol” ASC-yə 5,2 milyon manat ayrılmışdı. Bu vəsaitə çəkilən yolda nə qədər yeyinti olduğunu müəyyən etmək çətin deyil.
Bu gün “əsrimizin neostalinisti”, yol çəkərkən abidə uçuran “Azəravtoyol” ASC sədri Saleh Məmmədov çox tənqid olunur.
Cavid Qurbanovun qvardiyasının üzvü elə bir xətaya yol vermişdi ki, dövlət başçısı da reaksiyasını bildirmişdi.
Sonuncu dəfə prezident tərəfindən qəzəblə qarşılanan hadisə deputat Astan Şahverdiyevin Rusiyadakı soydaşlarımıza “otxod” deməsi olmuşdu.
Amma Stalin repressiyasının günahsız qurbanı olmuş və Nargin adasında güllələnmiş nakam şairimiz Mikayıl Müşviqin heç bir izn almadan abidəsini dağıdan ASC sədrinə Suriyadakı Palmira şəhəri verilsəydi, İŞİD kimi viran qoyardı.
Elə rektor Nərgiz Paşayevanın reaksiyası da beləydi: vandalizmdir, barbarlıqdır, dərhal cəza verilsin.
Ertəsi gün prezident günahkarların cəzası əmrini verdi. Göstəriş isə C.Qurbanovun kadrından - S.Məmmədovdan gəlmişdi. Amma ASC rəhbəri səhvini düzəltdi.
Deməli, bu gün də olmasa, yaxın gələcəkdə vəzifəsindən kənarlaşdırılacaq. Artıq “qələmi qırılıb”.
Onu da yada salaq ki, Saleh Məmmədov 2015-ci ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini bitirib. O zaman ASC rəhbərinin 56 yaşı vardı və 4 il ali təhsili nəzərə alsaq universitetə 2011-ci ildə daxil olub.
Lakin 2011-ci ildə TQDK-nın siyahısından BDU-ya qəbul olunan tələbələr arasında ASC rəhbərinin adı yoxdur.
Eyni zamanda dövlət məmuru olduğunu və ictimai fiqur kimi əhəmiyyət kəsb etdiyini nəzərə alsaq, əgər S.Məmmədov həmin dövrdə BDU-nun Hüquq fakultəsinə qəbul olsaydı mətbuatın diqqətini çəkərdi, dərhal bu maraqlı xəbər tirajlanardı.
Deməli, BDU-nun rektoru Abel Məhərrəmovun dövlət məmuruna diplomu hədiyyə etməsi ehtimal ağıla batır. Başqa heç bir versiya qalmır.
Üstəlik, Azərbaycan reallığında hansı məmur imtahan verib universitetə bu yaşında daxil olar? Əgər faktdırsa, onun dərsə davamiyyəti, tələbə yoldaşlarının kimliyi haqda müfəssəl bilgilər olmalıdır.
Belə çıxır ki, ASC sədri iş-gücünü atıb hər gün dərsə gedirmiş. 2015-ci ildə bu vəzifəyə təyin olunub və ona qədər “Yolnəqliyyatservis” Departamentinin 1 saylı Yol İstismar İdarəsinin rəisi işləyib.

Palitika.az
Müşviq qalmaqalı: “Azəravtoyol” sədrinin 5 milyonluq yalanı faş oldu - Fotolar
Müşviq qalmaqalı: “Azəravtoyol” sədrinin 5 milyonluq yalanı faş oldu - Fotolar
Müşviq qalmaqalı: “Azəravtoyol” sədrinin 5 milyonluq yalanı faş oldu - Fotolar

Şərhlər

XƏBƏR LENTİ