Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin əlifbası. Latın əlifbasını bir modifikasiyasıdır, Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında 1991-ci ildə qəbul olunmuş qanun ilə Azərbaycan dilində yazı latın qrafikası ilə aparılır.
Bu neqativ faktı təkcə diqqətlizlik də adlandırmaq olmaz,bunu daha bu işlərə məsul şəxslərin laqeydliyi ,şəhərə sayğısızlığı kimi də qiymətləndirmək olar.
Çünki ola bilməz ki,balaca şəhərdə bütün obyektləri görən məmurlar bu boyda faktı görməsin.Görübsə də çox güman onun dəyişdirilməsinə ehtiyac görülməyib,bu vacib sayılmayıb.
Ola bilsin məmurlar üçün bu gəlir gətirməyən bir məsələdir ona görə.
Laqeydlik elə təzə salınan Sumqayıt bulvarında quraşdırılan “Sumqayıt Xatirəsi” adlı maraqlı tikilidən də bilinir. Bəlkə də bir neçə aydır ki,sumqayıtlıların ,həmçinin şəhərə, bulvara gələn qonaqların şəhərdən xatirə üçün şəkil çəkdirdikləri sevimli yerin “Xatirəsi”sözündən təkcə X ilə T qalıb.Buna isə nə bulvarın,nə də şəhərin məsul şəxsləri bir tədbir görmür neçə vaxtdır.Halbuki bunu həll etmək elə də çətin məsələ deyil.
Və çətin ki, bu hal Sumqayıta gələnlərdə Sumqayıt haqda təkcə xoş təəsürat ,müsbət hisslər saxlayacaq.
Əlbəttə ilk baxışdan fikirləşmək olar ki,şəhərdə görülən müəyyən abadlıq işlərinin fonunda bu xırda məsələlərdir,amma demək lazımdır ki,şəhərdə irili-xırdalı problemlər çoxdur,sadəcə onlar bu və digər səbəblərdən mətbuatda az işıqlanır.Xırda məsələyə qalsa isə əslində bu kimi ilk baxışdan o qədər də böyük görünməyən bu cür hallar əslində məmurların şəhərə olan əsl münasibətin göstəricidir.
xalqxeber.az