yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

245 nömrəli orta məktəbin direktoru Ülviyyə İsmayılovadan şikayət

245 nömrəli orta məktəbin direktoru Ülviyyə İsmayılovadan şikayət
14-02-2017, 10:06 779 dəfə baxılıb

245 saylı məktəbin direktoru Ülviyyə İsmayılovanın qanunsuz əməlləri ilə bağlı elektron poçtumuza şikayət məktubu ünvanlanıb.

Şikayət məktubunu olduğu kimi təqdim edirik:

"Son zamanlarda işdən rüşvət aldığına görə çıxarılan direktorların sayı artıb.Hətta Təhsil Nazirliyinin öz lahiyəsi ilə hazırlanmış direktorlar belə onlara göstərilən etimadı doğrultmayıb. Belə ki, məktəblərdə rüşvət günü- gündən vüsət alır. Belə məktəblərdən biri də 245 saylı məktəbdir. Məktəbə 2 il öncə təyin olunan direktor Ülviyyə İsmayılova əvvəl -əvvəl özünü təmiz aparmağa çalışsa da sonradan elə iştaha gəldi ki. Direktor məktəbdə şagird hazırlayan müəllimlərdən hər şagirdə görə 10 manat haqq alır. Nəzərə alsaq ki, məktəbdə 2300 şagird və 80 sinif var, aldığı məbləği təsəvvür etmək çətin deyil. .Bu pulu məktəbin ehtiyaclarına xərcləndiyini söyləyən direktorun və sizlərin nəzərinə çatdırırıq ki, məktəb tam təmirdən çıxıb və hər çürə avadanlıqla təmin olunub.Məktəbin yeməkxanasında qiymətlər od tutub yanır. Səbəbini isə yeməkxana işçisi direktora verdiyi aylıq "dolya” ilə izah edir. Bunun müqabilində direktor yeməkxananın antisanitariya durumuna və hətta orada qaydalara zidd olaraq müxtəlif bişintilərin bişirilməsinə yol verir.

Düşünməyin ki, direktorun biznesi bununla bitir. Buraya ildə 5 dəfə olan bayramlarda (müəllim günü, yeni il bayramı, 8 mart, Novruz bayramı) və ad günündə yığılan pulları əlavə etmək lazımdır. Bu prosesdə ibtidai sinif müəllimlərinin, xüsusi ilə də ibtidai siniflərin direktor müavininin xidmətləri çox böyükdür.Hələ bu da son deyil. Məktəbə şagird qəbulu, xüsusilə də birincilərin qəbulu əsil bazardır. Əldə də çox güclü arqumentlər, bəhanələr var: məktəbdə şagird sıxlığının böyük olması.

Necə deyərlər iştah diş altındadır.Yedikcə iştahlanan direktor Həmkarlar Təşkilatının məktəb kollektivinə bayramlarda ayırdığı pula da əl qoyur. İlin məktəbi müsabiqəsinə ayrılan pullar da direktorun cibinə gedib. Yəni 20 müəllimə yazdığı pulun çox hissəsini yenidən geri istəyib, yəni cibinə qoyub.Buraya şagirdlərin məqsədli olaraq qiymətlərinin aşağı salınması və payız imtahanına saxlanılan şgirdlərdən də pul alınaraq qiymətləndirməsini əlavə edə bilərik. Bu bazara fakültativ və dərnəklərdən, əvəzetmədən aldığı pulları da qoşsaq hələ də mənzərə tam olmaz. Bu barədə araşdırmalarımız davam edəcək və növbəti yazılarda bu barədə paylaşım olacaq.

Yaxşı bu qədər rüşvət alan direktordan zənn edək ki, Təhsil Nazirliyi xəbər tutmayıb, Bakı Baş Təhsil idarəsi də bilmir. Bəs kollektiv, bəs həmişə haqqın carçısı kimi çıxış edən Dilşad Nağıyeva və Məlahət Ağayeva? Əcaba bunlardamı qorxub geri durublar, yoxsa onlar da istədiklərini alıb, başlarını ağrıtmaq istəmirlər?".

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Qlobal.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-12-2017


15-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ