yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Zaur Hüseynov bu hadisəyə görə onları cəzalandırdı - Rəisi işdən çıxardı

Zaur Hüseynov bu hadisəyə görə onları cəzalandırdı - Rəisi işdən çıxardı
15-11-2017, 11:51 410 dəfə baxılıb

Xəbər verdiyimiz kimi, oktyabrın 27-si, səhər saatlarında "Bakı Metropoliteni”ndə sərnişin sıxlığı müşahidə olunmuşdu. Bu hadisə də sərnişinlər arasında ciddi narazılıq yaratmış, mətbuatda da sözügedən məsələ geniş şəkildə işıqlandırılmışdı. "Bakı Metropoliteni”n rəsmiləri hadisənin baş verməsinə səbəb kimi, səhər saat 6-da depodan gələn qataraların qəbulunda gecikmə ilə əlaqələndirilmişdi.

Unikal.org-un əldə etdiyi özəl məlumata görə, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov sözügedən hadisə ilə bağlı qurumun bir sıra vəzifəli şəxslərini ciddi cəzalandırıb. Məlumatda qeyd olunur ki, hadisədə bir neçə nəfər günahkar bilinərək, işdən azad olunublar. Bəzilərinə isə töhmət verilib. Hətta vəzifəsindən azad olunanlardan biri "Bakı Metropoliteni”nin yol xidmətinin rəisi Mahmudəli Məcidovdur.
"Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, metroda baş verən istənilən hadisə araşdırılır:
"Lazım gələrsə, böyük komissiya yaradılır və ciddi araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq günahkarlar məsuliyyətə cəlb edilirlər. İntizam tənbehi, vəzifədən azad edilmə ilə nəticələnə bilər. Çünki biz çox məsuliyyətli bir işlə, sərnişinlərin təhlükəsiz daşınması ilə məşğuluq. Burada səhlənkarlıq, qeyri-peşəkarlıq yolverilməzdir”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: chixardi, Huseynov, hadiseye, cezalandirdi, gore, , ishden, Zaur, bu, onlari, Reisi
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ