yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“HƏYAT YOLDAŞIM ƏMƏLİYYAT ZAMANI ÖLÜB” - MƏCBURİ KÖÇKÜN ÜRƏK CƏRRAHI ÜZEYİR RƏHİMOVDAN ŞİKAYƏTÇİDİR

“HƏYAT YOLDAŞIM ƏMƏLİYYAT ZAMANI ÖLÜB” - MƏCBURİ KÖÇKÜN ÜRƏK CƏRRAHI ÜZEYİR RƏHİMOVDAN ŞİKAYƏTÇİDİR
14-11-2017, 17:16 23 070 dəfə baxılıb

“Heç olmasa pulumuzun yarısını qaytarsınlar”
Laçından olan məcburi köçkün Səmiyyə Hüseynova, Bakı Medikal Plazadan və orada ürək cərrahı işləyən həkim məşhur kordioloq Üzeyir Rəhimovdan şikayətçidir. Səmiyyə xanım bizimlə söhbətində bildirib ki, oktyabrın 20-də həyat yoldaşı Zakir Hüseynovu ürəyində yaranan problemlə bağlı klinikaya aparıblar. Elə həmin gün də 64 yaşlı Zakir Hüseynov orada Üzeyir həkim tərəfindən əməliyyat edilib. Lakin əməliyyatdan sağ çıxmayıb.
Səmiyyə xanımın şikayəti isə həkimin ölüm faktından sonra onlara qarşı göstərdiyi kobud münasibətdir: "Həyat yoldaşım Zakir Hüseynov 17 il bundan qabaq infarkt keçirmişdi. O zaman müalicə almışdı, vəziyyəti yaxşı idi. Bu il oktyabrın 17-də yenidən infarkt keçirdi. Biz də səhəri günü "Respublikanski” xəstəxanasına apardıq.
Orada həkim bildirdi ki, Toçubaşov adına xəstəxanaya aparmalıyıq. Biz də yoldaşımı ora apardıq. Orada diaqnoz qoyuldu ki, ürək damarlarında tromblaşma yaranıb. Ürəyə gələn 4 damardan 3-ü tamamilə dolub, biri isə 25 faiz işləyir. Yoldaşım Topçubaşov adına xəstəxanada 3-cü dəfə infarkt keçirdi. Xəstəxanada Nicat həkim baxdı, "anju” əməliyyatı edə bilməyəcəyini, əməliyyat üçün çox riskli olacağını dedi. Bizə bildirdi ki, yoldaşımı əməliyyat etməyə razı deyil, çünki həyati risk var, cərrahiyə masasında qala bilər”.
Bundan sonra mərhum Zakir Hüseynovu yenidən "Respublikanski”yə gətiriblər. Bu dəfə xəstəni Bakı Medikal Plazaya, orada ürək cərrahiyəsini həyata keçirən Üzeyir Rəhimovun qəbuluna məsləhət görüblər: "Elə həmin günü, klinikaya getdik, Üzeyir həkimin qəbuluna yazıldıq. Bir neçə dəqiqədən sonra həkim baxdı, analizin nəticələrinə göz gəzdirdi və təcili əməliyyatın vacib olduğunu dedi. Biz də klinikaya 4500 manat pul ödədik. Bir gün əməliyyata hazırlıq üçün yoldaşımı saxladılar. Sabahı, günortadan sonra əməliyyata girdi. Biz Üzeyir həkimə dedik ki, sizdən qabaq cərrah əməliyyata götürmədi, riskli olduğunu bildirdikdə, Üzeyir həkim gülümsəyərək, heç bir problem olmadığını, bir saata əməliyyatın yekunlaşacağını söylədi. Sadəcə prosedur qaydası olaraq bizim əməliyyata razı olmağımızla bağlı dilimizdən "kağız” almalı olduğunu dedi. Biz də razı olmağımız haqqında qol çəkdik”.
S.Hüseynova deyir ki, həkimin bir saat dediyi əməliyyat nə az, nə çox, düz 7 saata yaxın çəkib: "Çıxıb bir söz də deyən yoxdur ki, içəridə nə baş verir.
7 saatdan sonra həkim çıxdı, əməliyyatın həyata keçirildiyini bildirdi, xəstəni reanimasiyaya yerləşdirdiklərini söylədi. İynənin təsirindən ayıldıqda görüşə biləcəyimizi dedi. Biz də buna inandıq. Gecə səhərəcən xəstəxanada olduq. Çox qəribədir ki, digər əməliyyat olunan xəstələr bir palatada, Zakir isə ayrıca, tək vəziyyətdə bir başqa reanimasiya palatasına yerləşdirilib. Gecə saatlarında tibdən başı çıxan qohumumuz reanimasiyaya girdi, yoldaşıma baxdı. Çıxanda dedi ki, sanki Zakir müəllim ölüb, bədəni buz kimidir. Eləcə aparata qoşulu vəziyyətdə dayanıb. Həkimlə əlaqə saxlayanda, problem olmadığını, sabah ayılacağını dedi. Biz də səhərə kimi gözlədik”.
Səhər açılanda isə həkim xəstənin öldüyünü, koma vəziyyətindən ayıla bilmədiyini deyib: "Gecə olanları düşünəndə, indi analiz edəndə bilirik ki, yoldaşım elə əməliyyat zamanı ölüb. Sadəcə səhərə kimi saxlayıblar ki, guya bunlar əməliyyat ediblər, səhərə kimi də saxlayıblar, komadan ayılmayıb. Yəni bizim klinikaya ödədiyimiz pulu qaytarmamaq üçün belə ediblər”.
Biləcəridə 1 otaqlı yataqxana binasında məskunlaşan məcburi köçkün Səmiyyə xanım deyir ki, yoldaşının əməliyyat üçün Bakı Medikal Klinikaya ödədikləri pulu borc-xərc kimi toplayıblar: "Yoldaşımın 7 mərasimindən sonra xəstəxanaya, həkimin yanına getdim. Bir az etiraz etdim. Çox çətin şəraitdə yaşayırıq. Əməliyyat üçün pulu borc etmişdik. Həmin puldan heç olmasa yarı miqdarının qaytarılmasını istədim ki, borclarımızın bir hissəsini ödəyək. 22 yaşımda oğlum var, işləmirik, məcburi köçkünlər üçün verilən 5-10 manat müavinətlə birtəhər dolanırıq. Həkim mənə dedi ki, hələ siz min manat da klinikaya borclusunuz. Klinikanın bir manat da qaytarmayacağını dedi və bildirdi ki, "gedin hara istəyirsiz şikayət edin”.
Məcburi köçkün qeyd edib ki, 2 gündən sonra yenidən klinikaya gedib: "Dedim bəlkə insafa gələrlər. Koridorda həkimi gördüm. Qayıdıb mənə dedi ki, nə qaraçılıq edirsən burda? Mühafizəçilərə də qışqırdı ki, sizə deməmişəm bunu içəri girməyə qoymayın?! Söhbət bilirsiz, pulda da deyil. Düzdü, o pulun qaytarılmasına ehtiyacımız var.
Dediyim kimi borc götürmüşük. Amma bir tərəfdən də mənəvi zərbədir, mənimlə bu cür davranılması. Biz torpağımızı, evimizi itirmiş, qəlbimiz yaralı insanlarıq. Bizimlə bu cür davranmağa, təhqir etməyə Üzeyir həkimə kim ixtiyar verib?!”.
Səmiyyə Hüseynova Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edərək bildirir ki, onlara qarşı haqq-ədalətin bərpa olunmasını istəyir: "Mən cənab Prezidentimiz İlham Əliyevin, hörmətli, qayğıkeş insan olan Mehriban xanım Əliyevanın səsimizi eşidib Üzeyir həkimin bizə qarşı etdiyi hörmətsizliyə görə layiqli şəkildə cəzalandırılmasına göstəriş verəcəyinə inanıram”.

sherg.az
“HƏYAT YOLDAŞIM ƏMƏLİYYAT ZAMANI ÖLÜB” - MƏCBURİ KÖÇKÜN ÜRƏK CƏRRAHI ÜZEYİR RƏHİMOVDAN ŞİKAYƏTÇİDİR
“HƏYAT YOLDAŞIM ƏMƏLİYYAT ZAMANI ÖLÜB” - MƏCBURİ KÖÇKÜN ÜRƏK CƏRRAHI ÜZEYİR RƏHİMOVDAN ŞİKAYƏTÇİDİR
“HƏYAT YOLDAŞIM ƏMƏLİYYAT ZAMANI ÖLÜB” - MƏCBURİ KÖÇKÜN ÜRƏK CƏRRAHI ÜZEYİR RƏHİMOVDAN ŞİKAYƏTÇİDİR


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: UZEYR, CERRAH, OLUB, HEYAT, ZAMAN, ShKAYETChDR, UREK, KOChKUN, , YOLDAShM, REHMOVDAN, MECBUR, EMELYYAT
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

24-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ