yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Optimal”dan mal alan vətəndaş gördüyü mənzərə qarşısında şoka düşdü

“Optimal”dan mal alan vətəndaş gördüyü mənzərə qarşısında şoka düşdü
14-11-2017, 16:27 23 937 dəfə baxılıb

Jurnalist Aynur Osmanqızı "Optimal electronics"i dələduzluqda ittiham edir.

Jurnalist bir neçə gün əvvəl "Optimal electronics"dən 7 min manatlıq elektrik avadanlıqları alıb: "Noyabr ayının 12-də aldığımız məhsulları qeyd etdiyimiz ünvana gətirdilər. Gəlməmişdən əvvəl zəng gəldi ki, çatdırılmaya 20 manat ödəniş etməlisiz. Halbuki məhsul alınanda "çatdırılma pulsuzdur" deyilib. Satış menecerinə zəng etdik, bizə cavabında bildirdi ki, nə olsun ki, deyib pulsuzdu, indi də deyir pulludur, "onda deyilsə pulludur ödəməyəcəkdiz, indi də ödəyin"... Nəsə uzun söhbətdən sonra aldıqlarımı gətirib çıxardılar, təbii ki ödəniş etmədim.

Növbədə ikinci problem gəlirmiş, soyuducunu düşürmədilər ki, bəs servis gəlməlidir onun qapısı açılsın içəri keçirilsin. Dedilər ya çıxardaq küçəyə qoyaq yanında kimsə dursun, ya da qaytaraq sonra gətirərik. 2500 manatlıq soyuducunu küçədə qoymaq olar?!...

Nəsə soyuducu gəldiyi yerə qayıtdı. Bu gün səhər saatlarında servis gəlib ki, indi də çatdırılmaya zəng edin gəlsin. Nəsə zəng etdik çatdırılmaya, dedilər "indi də bizim vaxtımız yoxdur, filan saatda gələcəyik", servisdən gələn usta da dedi, "mənim də həmin saatda vaxtım yoxdur". Nəsə ofisə yazılı şikayət etdik dedilər yarım saata, o da oldu 3 saat, hələ də xəbər yoxdur. Ofisə gedilib şikayət olundu, zəng etdiyimiz adamın kobud danışmağı bir yana, ofisdə də bildirildi ki, 954-ə şikayət edin. Mən ofisə gəlmişəmsə niyə yenidən zəng etməliyəm. Deyirik bizi rəhbər şəxslə əlaqələndirin, cavab isə "əlaqələndirə bilmərik"dir. İki gündür əsəblərimizlə oynayan bu şirkətin nə vaxta məsələni həll edəcəyini hələ gözləyirik".


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Optimaldan, shoka, alan, gorduyu, qarshisinda, dushdu, menzere, mal, vetendash
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

24-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ