yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Tanınmış və nüfuzlu şəxslər elektrik enerjisindən oğurluq edir – RƏSMİ

Tanınmış və nüfuzlu şəxslər elektrik enerjisindən oğurluq edir – RƏSMİ
14-11-2017, 12:16 29 186 dəfə baxılıb

Ağcabədi rayonunda elektirk enerjisindən oğurluq edənlər arasında tanınmış və nüfuzlu şəxslər də var.

ARAN Regional Enerji Təchizatı və Satışı İdarəsinin Ağcabədi rayon Elektrik Şəbəkəsi tərəfindən sakinlərə edilən xəbərdarlıq elanında bu barədə qeyd olunub.

Xəbərdarlıq elanında bildirilib ki, sayğacdankənar elektrik enerjisindən istifadə hallarına qarşı mütəmadi reydlər təşkil olunacaq: “Son zamanlar ARAN Regional Enerji Təchizatı və Satışı İdarəsinin nümayəndələrinin Ağcabədi rayonunda keçirdiyi reydlər və anonim müraciətlər əsasında yerində aparılmış yoxlamalarda bir qrup istehlakçının elektrik enerjisindən sayğacdankənar istifadə halları aşkar edilib. Belə istifadəçilər arasında hətta rayonda tanınmış və ya özünü nüfuzlu hesab edən şəxslər də var. Tərəfimizdən davamlı olaraq gündüz və gecə reydləri təşkil olunacaq. Belə reydlərdə aşkar olunan işıq oğurluğu hallarının videomaterialı KİV-də ictimai qınağa təqdim edilməklə, hüquq-mühafizə orqanlarına veriləcək. Bu məsuliyyət elektrik enerjisindən sayğacdankənar istifadə edən şəxslərin üzərinə düşür”.

Xəbərdarlıq elanında qeyd edilib ki, sayğacdankənar xətt vasitəsilə elektrik enerjisindən oğurluq edənlərin ifşa edilməsində yadımçı olan şəxslər anonimliyi qorunmaqla mükafatlandırılacaq.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: ogurluq, RESM, shexsler, edir, enerjisinden, nufuzlu, Taninmish, ve, elektrik
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ