SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » A.Badamov: “Bələdiyyə müəsisələrinin yaradılmasına stimullaşdırıcı tədbirlərin görülməsi vacibdir...

A.Badamov: “Bələdiyyə müəsisələrinin yaradılmasına stimullaşdırıcı tədbirlərin görülməsi vacibdir...

Tarix:

13-11-2017, 22:10

/ 47 902 dəfə oxundu.
A.Badamov: “Bələdiyyə müəsisələrinin yaradılmasına stimullaşdırıcı tədbirlərin görülməsi vacibdir...

“Bu gün bələdiyyə müəssisələrinin fəaliyyəti üçün qanunvercilik bazasında hansısa əlavələrə ehtiyac varmı” – Belediyye.infonun sualını Milli Məclisin Regional məsələlər Komitəsinin üzvü Azər Badamov cavablandırır:
“Təəssüf hiisi ilə qeyd etmək istəyirəm ki, ölkəmizdəki bələdiyyə sistemi “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun fəaliyyətlərini təşkil etmirlər.
Bu gün bələdiyyələrin fəaliyyəti üçün tam şəkildə qanunvericilik bazası yaradılmışdır. İmkanlar genişdir, amma bütün imkanlardan yetirincə istifadə olunmur və maliyyə çatışmamazlığı ilə əlaqədar çoxlu bələdiyyələrdə müəyyən çətinliklər yaşanır.
Belə imkanlardan biri də bələdiyyələrin iqtisadi durumuna müsbət təsir edə biləcək bələdiyyələrin nəzdində bələdiyyə müəsisələrin yaradılmasıdır. Qeyd etdiyim qanunun 34-cü maddəsində yazılır ki, Bələdiyyələr təsərrüfat fəaliyyəti ilə qanunvericiliklə qadağan edilməmiş başqa fəaliyyətlə məşğul olmaq üçün müstəqil hüquqi şəxslər yarada bilər, onların yenidən təşkili və ləğvi məsələlərini həll edə bilərlər. Qeyd etmək istəyirəm ki, bəzi bələdiyyələr bu praktikadan istifadə etməyə başlamışdır.
Yəni bəzi rayonlarda bələdiyyə müəsisələri yaradılmışdır ki, bu da müəyyən qədər iş yerlərin yaradılmasına xidmət edir. Lakin belə müəsisələr kifayət qədər deyil və əksər bələdiyyələr bu istiqamətdə iş fəaliyyətini qurmalıdır. Burda onu da qeyd etmək istəyirəm ki, bələdiyyələrin nəzdində yaradılmış və fəaliyyətdə olan müəsisələrin rəsmiləşdirilməsi və mühasibatlığın tərtib edilməsi və həmin müəsisələrdən gələn gəlirlərindən bələdiyyənin hesabına keçirmək praktikası tam formalaşmamışdır. Düşünürəm ki, bu istiqamətdə əsaslı dönüşün yaradılmasına ehtiyac var.
Həm də bələdiyyələrin tərkibində yaradılacaq bələdiyyə müəsisələrini stimullaşdırılması tədbirlərin görülməsinə ehtiyac var.
İqtisadiyyatın qeyri neft sektorunun inkişafına təsir etməyinə hesablanmış bir çox islahatların bələdiyyə sistemində də tətbiqinə ehtiyac var. Bu, bələdiyyə müəsisələrinə müəyyən vergi güzəştlərin tətbiqi və başqa stimullaşdırıcı tədbirlər ola bilər.
Düşünürəm ki, bələdiyyələrin inkişafı üçün bələdiyyə müəsisələrinin yaradılmasına stimullaşdırıcı tədbirlərin görülməsi vacibdir ki, bələdiyyələrin bu istiqamətdə maraqları artsın."

Şərhlər

XƏBƏR LENTİ