SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “... Tələbələr təhsil haqqını ödəyə bilmirlər”

“... Tələbələr təhsil haqqını ödəyə bilmirlər”

Tarix:

13-11-2017, 12:39

/ 57 176 dəfə oxundu.
“... Tələbələr təhsil haqqını ödəyə bilmirlər”

“Siyasi partiyaların maliyyə məsələsinə baxılmalıdır. Azərbaycana qarşı işləyən qurumların büdcəsi siyasi partiyaların büdcəsindən 5 dəfə çoxdur”.

Bunu Gənclər və idman komitəsinin sədri Fuad Muradovun parlamentdə büdcə müzakirəsində deyib.

O əlavə edib ki, gənclərin məşğulluğa cəlb olunması məsələsi sürətləndirilməlidir: “Mən bilmirəm, məşğulluq orqanı nə işlə məşğuldur Biz bu sahəyə xüsusi yanaşma ilə bağı təkliflərimizi verəcəyik. Bizə əsas müraciətlərdən biri təhsil haqqının ödənilməsi ilə bağlıdır. İqtisadi vəziyyətinə görə artıq universitetə daxil olmuş tələbələr təhsil haqqını ödəyə bilmirlər”.

Gənclər və idman komitəsinin üzvü Rauf Əliyev deyib ki, idmanda keçid problem ilə bağlı məsələ həllini tapmalıdır: “Buzovna, Qala, Türkan qəsəbələrində, o cümlədən bir neçə rayonlarda olimpiya komplekslərinin tikintisi öz həllini tapmır. Buzovanda idman zalı 80 faiz tikilib. Ancaq 8 aydır ki, bağlıdır. Əgər problem həllini tapmasa qoyulan vəsait də itmiş olacaq”.

Şərhlər

XƏBƏR LENTİ