SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Abşeronda müəllimlər 2 aydır maaş almır

Abşeronda müəllimlər 2 aydır maaş almır

Tarix:

13-11-2017, 12:28

/ 57 768 dəfə oxundu.
Abşeronda müəllimlər 2 aydır maaş almır

Abşeron rayonunda 2 aydan çoxdur ki, müəllimlərin maaşı verilmir.

xalqxeber.az xəbər verir ki, müəllimlər Qafqazinfo-ya müraciətlərində bu barədə məlumat veriblər.

Onlar bildiriblər ki, dərs ili başlayandan müəllimlərin maaşları verilmir.

Məsələ ilə bağlı Abşeron Rayonu Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova ilə əlaqə saxlanılıb. O bildirib ki, maaşların gecikdirilməsi tarifləşmə və dərs bölgüsünün təsdiqi məsələsi ilə bağlıdır: “Hazırda regional şöbə sənədləri yoxlayır. 2-3 günə maaşların verilməsi nəzərdə tutulub. Biz özümüz də narahatıq ki, müəllimlər əməkhaqqı almır.

Qeyd edək ki, Sumqayıt məktəblərində çalışan müəllimlərin də eyni problemlə üzləşdiyi bildirilir.

Şərhlər

XƏBƏR LENTİ