SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Real” MTK-nın sahibi İlham Qasımov ev dustaqlığına buraxılacaq? - İDDİA

“Real” MTK-nın sahibi İlham Qasımov ev dustaqlığına buraxılacaq? - İDDİA

Tarix:

13-11-2017, 09:22

/ 43 252 dəfə oxundu.
“Real” MTK-nın sahibi İlham Qasımov ev dustaqlığına buraxılacaq? - İDDİA

Ötən gün redaksiyamıza şikayət məktubu ilə müraciət edən və «Sahil-D», həmçinin «Real» MTK-ların sahibi olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il (sonradan apellyasiya instansiyasında cəzası 12 ilə azaldılmış/) azadlıqdan məhrum edilmiş iş adamı İlham Qasımovun əməllərindən zərərçəkmiş Səbinə Əlizadə sensasiya doğuracaq bir məsələyə toxunub. Onun sözlərindən məlum olur ki, İlham Qasımovun 15 ilini 12 ilə endirən hakimlər bu dəfə onun ev dustaqlığına buraxılmasına söz veriblər: «...Biz 600 nəfərə yaxın zərərçəkmiş və ziyan görmüş sakinlər adından hələ ötən il Baş Prokurorluğa şikayət yazmışdıq ki, bu adam bizim həyatımızı, dincliyimizi zəhərləyib. İlham Qasımovun kiminlə münaqişəsi, kələkləri olmayıb? Hətta ötən il əvvəllər Gülağa Tənha kimi təmiz qəlbli bir adamın könlünü ələ alıb çörək kəsdi, şərikli iş görməyə razı saldı. Yağlı dilinin sayəsində ona 19 milyon dollar pul atdı. Bu da bəs etmədi. İlham Qasımov girişdi başqa bir iş adamı "Northwest İnternational LLC" şirkətinin prezidenti İslam Osmanova. Onu da aldatdı, mənzillərini başqasına satmışdı.
Bundan əlavə, bir tanınmış şəxsin Orxan adlı qohumu İnterpolun axtarışındadır və o, İlham Qasımovun oğlu Lətif Qasımovla əlbir olaraq qanunsuz olaraq mənzilləri ələ keçirmiş, başqalarına satmışlar.
Bu da bəs etməmişdir, İlham Qasımov Diaspora ilə İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı Sahib İbrahimovla da mübahisə və münaqişədə oldu, bir-birini məhkəməyə verməli oldular. İ.Qasımov Sahib İbrahimova da pul atmışdı.
Bir sözlə, İlham Qasımovun məqsəd və məramı iş adamlarını quru yurdda qoymaq, onların əmlaklarını dələduzluq yolu ilə ələ keçirmək olmuşdur. Atalar demiş, su çanağı suda sınar. O, nəhayət ki, bu dəfə tanınmış iş adamı Gülağa Tənha ilə münaqişədə uduzdu və başqasına qazdığı quyuya özü düşdü. Amma indi də bizə çatan məlumata görə, ona Bakı Apellyasiya Məhkəməsində kömək edərək cəzasını 15 ildən 12 ilə azaltmış hakimlər bu dəfə onun ev dustaqlığına buraxılmasına söz veriblər. Belə ki, qohumlarından əldə etdiyimiz məlumata görə, İlham Qasımov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qospitalında qalır və orada da ürəyi istədiyi kimi həyat tərzi sürür. Zərərçəkmişlərin Ədliyyə Nazirliyinə şikayətindən sonra məcbur olub onu müvəqqəti olaraq 10 saylı cəzaçəkmə müəssisəsinə yerləşdiriblər. Qohumları bunu da danışırlar ki, İlham Qasımovun uzunmüddətli xəstəxana şəraiti ilə ona guya xəstəliyi barədə indidən «delo» açılıb. 10 saylı cəzaçəkmə müəssisəsində bir müddət əsassız olaraq qalandan sonra onu yenidən xəstəliyinin şiddətlənməsi bəhanəsi ilə Penitensiar Xidmətin qospitalına qaytaracaqlar. Burada da bir müddət qaldıqdan sonra məhkəməyə vəsatət verərək onun xəstəliyinin dözülməz olduğunu əsaslandırıb ev dustaqlığına buraxılması barədə qərar əldə edəcəklər. Hətta qohum və yaxınları zərərçəkmişləri sakitləşdirmək üçün şaiyə buraxıblar ki, İlham Qasımov evə buraxılan kimi hamının pullarını qaytaracaq, o cümlədən iş adamı Gülağa Tənhanın da. Biz anlamırıq, vaxtilə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğluna dəbdəbəli ofis düzəltmiş, onunla yaxın əlaqədə olmuş, özünə dayaq kimi istifadə etmiş bir adam indi nə demək istəyir? Niyə onun cəzasını layiq olduğu formada vermirlər? İstərdik ki, bütün bu məsələlər mətbuatda ictimailəşdirilsin ki, bizim kimi İlham Qasımovun əlindən zülmlər görmüş, məmur qapıları gəzmiş digər şikayətçilər də ayıq olsunlar və İlham Qasımovun bu dəfəki arzusunun baş tutmasına imkan verməsinlər. Aldığımız məlumata görə onun apellyasya məhkəməsinə vəsadəti təqdim edilib, Penitensiar Xidmətin qospitalından 2şiddətli xəstəliyi" barədə akt da alaraq təqdim edəcəklər. Artıq diaqnozu da müəyyənləşdirilib».
Məsələnin ciddiliyini nəzərə alıb İ.Qasımov tərəfindən Bakı Apellyasiya Məhkəməsinə verilmiş məlum vəsadət və digər məsələlərlə bağlı araşdırma aparmaqdayıq. Ətraflı məlumat yaxın vaxtlarda veriləcək.

tezadlar.az

Şərhlər

XƏBƏR LENTİ