yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Qış gəlir, “Azəriqaz” şefinin neft ölkəsinə işgəncəsi yenə başlayır

Qış gəlir, “Azəriqaz” şefinin neft ölkəsinə işgəncəsi yenə başlayır
10-11-2017, 11:40 87 186 dəfə baxılıb

Qış gəldi və Bakının qaz dərdi yenə başladı. “Azəriqaz” İstehsalat Birliyi hər il abonentlərə eyni işgəncəni verir
Verilən məlumatlarda əsasən Suraxanı, Səbayel və Binəqədi rayonlarında, Sumqayıt şəhərində qazın təzyiqinin aşağı olması, tez-tez fasilələr verilməsi narazılıq doğurub.
Hazırda Qaraçuxur, 20-ci sahə, Rəsulzadə qəsəbəsi və s. yaşayış massivlərində qaz ya aşağı təzyiqlə verilir, ya da saatlarla fasilə yaranır. Sakinlər hər qışda qazın şam kimi yanmasından beziblər.
Bakının tamamilə qazlaşdırılması haqda deyilənlər illuziya çevrilməkdədir. Şəhərin heç də hər yeri qaz təchizatı ilə təmin olunmayıbmış.
Pirşağı kəndinin bağlar massivində yaşayanların da çoxu qaz görməyiblər. Onların sözlərinə görə, kəndə qaz çəkdirmək üçün öz təşəbbüsün olmalıdır, qabağa düşüb xərc çəkməlisən.
Hərçənd ki, dövlət tərəfindən Bakının tamamilə qazlaşdırılması nəzərdə tutulub və vəsait ayrılıb.
Eləcə də Pirşağının qaçqınlar yaşayan massivdə də mavi yanacaq problem tez-tez yaşanır. Bağ massivində isə köhnə xətlər yenilənməlidir.
Qış yaxınlaşır deyə bağlar ərazisində yaşayanların işi çətinləşir. Onlar evlərini qızdırmaq üçün elektrik enerjisindən istifadə edirlər.
Oxşar problem Bakının Fatmayi, Nardaran, Türkan, Kürdəxanı kəndləri də yaşayırlar. Daha doğrusu, qış aylarında Bakı kəndlərində camaat qaz üzünə həsrət qalır.
Ən əsası da məktəblər, uşaq bağçaları istilik problem yaşamalı olurlar. Evlərə qaz normadan çox aşağı təzyiqlə verilir.
Verilən məlumatlara görə, “Azəriqaz” İB direktoru Əkbər Hacıyev hər il tənqid olunur. Lakin heç bir nəticə çıxarmır.
Yenə də Bakı kəndləri, ətraf qəsəbələr qaz problemi yaşayırlar. 200 milyard ton neft hasil edən bir ölkədə hər il qaz təchizatında problem yaşanması, evlərin buz bağlaması, abonentlərin vaxtı-vaxtında karta qaz yükləyib sayğaca köçürdüyü halda mənzilində istiliyi görməməsi ciddi etirazlara səbəb olur.
Sumqayıtda yaşayanlar da eləcə şikayət edirlər. Onlar da isti suya həsrət qalıblar. Son bir neçə gündə ölkə ərazisində hava şəraiti kəskin pisləşdiyindən təbii qaza olan tələbat artıb.
Lakin tələbatı ödəyən tapılmır. Türkün sözü, bunun bədəlini vətəndaşlar ödəyir. Redaksiyamıza zəng edən şikayətçilərdən birinin dediyi sözlər düşündürməyə bilməz:
“Hələ qış gəlməyib “Azəriqaz” millətin başına bu oyunu gətirir. Deməli, qışda qaz heç olmayacaq!”
Bu şikayətlər həm mətbuatda, həm də sosial şəbəkələrdə hər il işıqlandırılır. “Azəriqaz” isə problemlər qarşısında acizdir və yaxud onları həll etmək istəmir.
Başqa sözlə, qaz arzusunda olan milyonlarla abonent qurum rəsmilərinin şablon xarakterli açıqlamalarını və vədlərini alır.
Mətbuat “Azəriqaz” rəsmilərinə qaz təchizatındakı problemlərlə bağlı müraciət edərkən adıçəkilən qurumdan “konkret ünvanı deyin” cavabını eşidirik.
Problemin ölkənin dörd bir tərəfini əhatə etdiyini “Azəriqaz”a isbat etmək üçün növbəti şikayətlərə keçək.
Qaraçuxurn həyət evlərində yaşayan sakinləri iddia edir ki, “Azəriqaz” fəaliyyətsizliyi onları qohumları ilə daha da mehriban edib:
“Qış gələr-gəlməz biz qaz üzü görmürük. Məcburən ya qızdırıcı soba yandırırıq, ya da qızınmaq üçün qohumlara qonaq gedirik”.
Haqlı olaraq sual verə bilərsiniz ki, bəs şikayətçinin qohumu qazı haradan alır? Bu sualı biz də şikayətçiyə verdik. Cavabı olduğu kimi təqdim edirik: “Onlar şəhərin mərkəzində qalır…”
Sabunçu rayonunun Zabrat qəsəbəsinin sakinləri isə ümidsizdir. “İstəyirsiniz inanın, istəyirsiniz yox, amma “Azəriqaz” ucbatından bu qəsəbədə zaman əskinə dövr edir. İnsanlar şist neft hasil edir, elektrokarda gəzir, biz isə odun sobasına keçmək niyyətindəyik. Başqa çıxış yolumuz yoxdur. Şikayət etmək mənasızdı!” – deyə qəsəbə sakini qeyd edir.
Binəqədi rayonunun sakinləri isə bir suala cavab axtarır: qaz ixrac edən ölkə öz vətəndaşlarını niyə qazla təmin edə bilmir? “Deməli, problem “Azəriqaz”dadır.
Qaz var, lakin bizə verilmir. Bizim ağlımıza bir neçə səbəb gəlir, amma “Azəriqaz”ın versiyasını eşitmək maraqlı olardı”, – deyə bir qrup şikayətçi qeyd edib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: ishgencesi, yene, shefinin, neft, gelir, Qish, bashlayir, Azeriqaz, olkesine
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-07-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ