SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Abunəçidən şikayət: “Azərcell” pulumu oğurlayıb

Abunəçidən şikayət: “Azərcell” pulumu oğurlayıb

Tarix:

8-11-2017, 14:47

/ 63 972 dəfə oxundu.
Abunəçidən şikayət: “Azərcell” pulumu oğurlayıb

Mobil operatordan telefonunuza gələn mesajları təsdiq etməyin. Çünki balansınızdan kontur çıxıla bilər.

xalqxeber.az xəbər verir ki, “Azercell” istifadəçilərindən biri Metbuat.az-a müraciət ünvanlayıb.

O bildirilir ki, “505152” nömrəsindən gələn zəngdən sonra mobil operator onun balansındakı pulu silib.

Məsələ ilə bağlı “Azercell” ilə əlaqə saxladıq. Bildirildi ki, qeyd olunan abunəçi ötən ayın 19-da pullu xidmətə qoşulub. Xidmətlə bağlı telefonuna gələn mesajı təsdiq etdiyinə görə birbaşa abunə olub. Abunəlikdən çıxmaq üçün “Azercell” ilə əlaqə saxlamalıdır.

Qeyd edək ki, bu, mobil operatorun tələsi sayılır. Abunəçiyə göndərilən qısa mesaja cavab verilərkən avtomatik pullu xidmətə qoşulur. Bu isə balansdan müəyyən vəsaitin çıxılmasıdır.

Ekspertlər hansı operator istifadəçisi olmağınızdan asılı olmayaraq, mobil operatordan göndərilən hər mesajı təsdiq etməməyi məsləhət görür.

Şərhlər

XƏBƏR LENTİ