SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Gedəcək yeri olmayanlara şad xəbər... - Bakıda yeni sığınacaq

Gedəcək yeri olmayanlara şad xəbər... - Bakıda yeni sığınacaq

Tarix:

6-11-2017, 16:13

/ 63 093 dəfə oxundu.
Gedəcək yeri olmayanlara şad xəbər... - Bakıda yeni sığınacaq

Yaşayış yeri olmayan şəxslər və baxımsız uşaqlar üçün yeni sosial xidmət müəssisələri fəaliyyətə başlayıb.

Bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev verib. O bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun nəzdində yaradılmış Sosial Sığınacaq 50 yerlikdir və müasir tələblərə uyğun qəbul-qeydiyyat şöbəsi, yataq, müayinə və müalicə, stolüstü oyunlar, komputer və təmiz inventar otaqları, kitabxana, yeməkxana, camaşırxana və s. fəaliyyət göstərir:
“Məlum olduğu kimi, son illərdə qış mövsümündə qarlı-şaxtalı, çətin hava şəraitinin hökm sürdüyü vaxtlarda müəyyən yaşayış yeri olmayan, yaxud hava şəraiti ilə əlaqədar yaşayış yerinə getməkdə çətinlik çəkən şəxslərin müvafiq təşəbbüs əsasında müvəqqəti sığınacaqla təmin olunması işləri aparılıb. Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslərin qəbulu üçün daxili işlər orqanları, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən Fonda müraciət olunur. Müraciətə əsasən şəxsin sosial xidmət müəssisəsinə yerləşdirilməsinə olan tələbatı qiymətləndirilir və onun müəssisəyə qəbul edilməsi, yaxud bundan imtina edilməsi barədə qərar qəbul olunur.
Sosial Sığınacağa qəbul edilməsi barədə müraciət edilmiş şəxslər ilkin tibbi müayinədən keçirilirlər. İlkin tibbi müayinə zamanı sağlamlığı aşkar şübhə doğuran şəxslər stasionar müalicə müəssisəsinə (ixtisaslaşdırılmış müalicə müəssisəsinə) göndərilir, yoluxucu xəstəlikləri olanlar isə müəssisəyə qəbul edilmirlər. Reabilitasiya prosesi başa çatmış şəxslər müəssisədən çıxarılırlar və onların sənədləri qanunvericiliklə müəyyən olunmuş qaydada müəssisədə arxivləşdirilir. Ümumilikdə, müvafiq şəxslərin müəssisədə qalma müddəti 180 gündən çox olmamaqla müəyyən edilib, lakin şəxsin ərizəsinə əsasən və ya Sosial Sığınacağa qəbul edilmiş şəxs tərəfindən daxili nizam-intizam qaydaları pozulduqda o, müəssisənin direktorunun əmri ilə vaxtından əvvəl Sosial Sığınacaqdan çıxarıla bilər. Saxlanma müddəti başa çatmış şəxsin əlilliyi vardırsa və ya pensiya yaşına çatmış şəxsdirsə, o öz arzusu ilə digər ixtisaslaşdırılmış sosial xidmət müəssisəsinə göndərilə bilər.
Şöbə müdiri əlavə edib ki, baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar uşaqların müəssisəyə qəbulu şəxslərin və aidiyyəti dövlət orqanlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciəti üzrə baxılır. Uşağın müəssisədə qalma müddəti 90 gün olsa da , onun müəssisəyə yerləşdirilməsi səbəbindən, onun şəxsiyyətinin müəyyənləşdirilməsi, ailəsi və qohumları haqqında məlumatların təmin edilməsi prosedurlarından asılı olaraq bu müddət 180 günədək uzadıla bilər.
Gedəcək yeri olmayanlara şad xəbər... - Bakıda yeni sığınacaq
Gedəcək yeri olmayanlara şad xəbər... - Bakıda yeni sığınacaq
Gedəcək yeri olmayanlara şad xəbər... - Bakıda yeni sığınacaq

Şərhlər

XƏBƏR LENTİ