SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azərbaycan Dövlət İqtisad Universitetinin müəlliməsindən İlham Əliyevə - MÜRACİƏT

Azərbaycan Dövlət İqtisad Universitetinin müəlliməsindən İlham Əliyevə - MÜRACİƏT

Tarix:

6-11-2017, 14:09

/ 62 405 dəfə oxundu.
Azərbaycan Dövlət İqtisad Universitetinin müəlliməsindən İlham Əliyevə - MÜRACİƏT

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
Surəti: Azərbaycan Respublikasının Vitse-prezidenti Mehriban Əliyevaya
Surəti: Azərbaycan Dövlət İqtisad Universitetinin Rektoru Ədalət Cəlal oğlu Muradova
Surəti: xalqxeber.az saytının baş redaktoru Peyman Sadıqova

Hörmətli Prezident!
Bildirirəm ki, Azərbaycan Dövlət İqtisad Universitetinin Rus dili kafedrasının müdiri dərs saatlarının bölgüsü ərəfəsində müəllimləri iki cəbhəyə bölərək onlar arasında döyüş münasibəti yaradıb. O, hər il müntəzəm olaraq dərs saatlarının bölgüsü zamanı və bütövlükdə tədris ili ərzində özümün və özgəsi prinsipini
yeridərək müəllimlər arasında abartılı səhnələr və situasiyalar yaradıb düzgün olmayan münasibətlərin davamlı olması üçün çalışır.
5 oktyabr müəllimlər bayramı günü iclas çağıraraq müəllimləri dərs saatı ilə təmin olunanlar və dərs saatı ilə təmin olunmayanlara təkrarən bölərək hamıya eyni yanaşmaq əvəzinə əks tərəfə aid müəllimlərdən sanki intiqam almaq məqsədini həyata keçirərək onlara dərslə təmin olunmursunuz informasiyasını verib.
Kafedra müdiri hansı məqsədinə nail olmaq üçün məhz müəllimlər bayramı günü sanki tələsərək bu elanı səsləndirməyə məcbur olub? Tədris ocağında məhz müəllimlərin bayram günü bir qrup müəllimə dərs saatı ilə təmin edilmirsiniz elanını verərək digər dərslə təmin etdiyi müəllimlərə nə kimi mesaj ötürmək istəyib? Niyə dərslə təmin etdiyi müəllimlərə həm işlərini itirmədiklərini bildirib, həm də digərlərinə müəllimlik etməkdən məhrum olunduqlarını söylədiyi anda onların necə vəziyyətə düşməklərinin şahidi olmaq imkanını yaradıb? Belə bir ağır üzləşmə səhnəsi niyə təşkil edilib? Belə situasiyalara bu illər ərzində daha çox üstünlük verən kafedra müdirinin niyyəti nədir? Kafedra mudiri olaraq müəllimlər arasında psixi və psixoloji qərqinlik yaratmaqdan tükənmir, sanki həzz alır.
Xahiş edirəm bu mənfi, qanuna zidd hərəkətlərin, müəllimlərə qarşı belə ziddiyətli münasibətin qarşısının alınması üçün tədbir görülsün.
Sizə böyük inamla və hörmətlə müraciət edən rus dili kafedrasının müəllimi Zərifə xanım Mansurova.


xalqxeber.az
Azərbaycan Dövlət İqtisad Universitetinin müəlliməsindən İlham Əliyevə - MÜRACİƏT
Azərbaycan Dövlət İqtisad Universitetinin müəlliməsindən İlham Əliyevə - MÜRACİƏT
Azərbaycan Dövlət İqtisad Universitetinin müəlliməsindən İlham Əliyevə - MÜRACİƏT

Şərhlər

XƏBƏR LENTİ