yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Sabah Bakıda yağış yağacaq

Sabah Bakıda yağış yağacaq
1-11-2017, 12:57 56 634 dəfə baxılıb

Bakı və Abşeron yarımadasında noyabrın 2-də havanın tutulub-açılacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 10-13, gündüz 13-16, Bakıda gecə 11-13, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 2-də bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz havanın yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 14-19, dağlarda gecə 0-4, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir..


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: yagacaq, Sabah, Bakida, yagish
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

23-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ