SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azərbaycan xalqının nifrət etdiyi, lənətlədiyi səhiyyə nazirliyi üsyan yetişdirir - Video

Azərbaycan xalqının nifrət etdiyi, lənətlədiyi səhiyyə nazirliyi üsyan yetişdirir - Video

Tarix:

1-11-2017, 12:02

/ 58 479 dəfə oxundu.
Azərbaycan xalqının nifrət etdiyi, lənətlədiyi səhiyyə nazirliyi üsyan yetişdirir - Video

Şirəliyevin səhiyyəsi qanqrena verir.

Azərbaycan səhiyyəsini reanimasiyaya və komaya salan Əli İnsanov artıq 12 ildir ki, həbsdədir. Bu nəyi dəyişib?! Heç nəyi.
Fiqurların dəyişikliyi əsla sistem dəyişikliyinə səbəb olmur. Pisi lap pis əvəzləyir.
Ona görə də Əli İnsanovu əvəzləyən Oqtay Şirəliyev Azərbaycan tibbini nə komadan çıxarıb, nə reanimasiya şəraitindən!
Qocaman nazirin dövründə ölkənin səhiyyəsi qanqrena verməkdədir, tək yol var - kəsib atmaq.
Azərbaycan xalqının nifrət etdiyi, lənətlədiyi, qəzəb və od püskürdüyü Səhiyyə Nazirliyi qədər heç bir dövlət orqanına belə üsyan yoxdur: ana və uşaq ölümləri, səhv diaqnozlar, sağlam adama vərəm, xərçəng xəstəliyi qoyulması, həkim səhlənkarlığı, orqan mafiyası, soyğunçuluq, rüşvətxorluq, dərman biznesi, bərbad şəraitli xəstəxanalarda bisavad həkimlərin özbaşınalıqları, klinikalarda pasientlərin başınaq oyun açılması, onkoloji xəstələrin yaxınlarının soğan qabığı kimi soyulması, əməliyyat masasında ani səhvdən insan ölümü, doğum şöbələrində açıq bazarlıq, regionlardakı xəstəxanalarda rəzalət və s. hallar əhalini partlayış nöqtəsinə gətirib çıxarıb.
Bu Əli İnsanovun həbsindən sonra Oqtay Şirəliyevin ölkə səhiyyəsini gətirib çıxardığı nöqtədir. Azərbaycanda tibb sahəsi məhv edilməklə yanaşı genofond dağıdılır.
İnsanlar həkimlərə etibar eləmir, İran, Türkiyə, Gürcüstan, daha böyük imkanı olanlar Avropaya müalicə, əməliyyat üçün üz tuturlar.
Elə Azərbaycan hakimiyyətində təmsil olunanlar da, Oqtay Şirəliyev də, müavini Elsevər Ağayev də, başqaları da ölkə səhiyyəsinə güvənmirlər.
Nə tibbi sığorta var, nə can təminatı, nə qiymətlərə nəzarət, nə dövlət xəstəxanalarında pulsuz xidmət, nə özəl klinikalarda tariflərin tənzimlənməsi...
Şəkərli diabetlər, onkoloji xəstələr, vərəmli, cüzamlı insanlar, minlərlə vətəndaşın büdcədən ayrılan pulları, dərmanları mənimsənilir, satılır, biznesə çevrilir.
Bütün bu hadisələrdən sonra ABŞ-ın Azərbaycana səfər edən vətəndaşlarını ölkəmizdəki apteklərdən dərman almamağa çağırış etməsi anlaşılandır, məntiqlidir.
Öz vətəndaşlarına yüksək səviyyədə tibbi xidmət göstərən, xalqının qayğısına qalan, həkimləri rüşvət almayan, klinikaları insanları soymayan, özünə hörmət qoyan bir dövlət niyə vətəndaşlarının rüşvət bataqlığında boğulan bir ölkənin səhiyyəsinin caynağına atmalıdır?!
Ona görə də ABŞ Dövlət Departamentinin viza və səyahətlər bölməsində yer almış xəbərdarlığı məntiqli və yerində olan çağırış idi.
Bu xəbərdarlığın ola bilsin ki, hansısa siyasi motivləri var və öncədən ssenariləşdirilmiş kampaniyanın başlanğıcıdır. Lakin bu, nə ABŞ-ın Azərbaycanda olan vətəndaşlarını, nə Azərbaycan xalqını maraqlandırır.
Çünki əgər kampaniya məqsədi varsa da, buna zəmin yaradan hallar aradan qaldırılmalıydı, Oqtay Şirəliyevv nazir olduğu dövrdə köklü islahatlar aparmalıydı.
Amma bunların heç biri nəinki olmadı, ölkənin səhiyyə sistemində rüşvət və səhlənkarlıq xərçəng kimi yayılmağa başladı.
10 il əvvəllə müqayisə edəndə, indi Azərbaycan xalqının öz həkiminə, tibbinə zərrə qədər də etibarı, inamı qalmayıb.
Ümumiyyətlə, prezident İlham Əliyevin komandasında Oqtay Şirəliyevin gənc nazirlə əvəzlənməsi zərurəti var. Bunu tez-tez ekspertlər də, keçirilən sorğularda vətəndaşlar da dilə gətirirlər.
2018-ci ildə səhiyyə kimi önəmli sektora islahatçı, gənc və işləyən bir nazir təyin olunarsa, müəyyən pozitiv nəticələr olacağına ümid etmək olar.
Bir toplumun məhvi üçün onun təhsil və səhiyyəsi məhv olunmalıdır ifadəsi nə qədər şablon səslənsə də, günümüzün tərs şapalaq kimi reallığdır ki, hər dəfə üzümüzə çırpılır.
O baxımdan ABŞ Dövlət Departamentinin çağırışı isə ciddi siqnaldır və cəmiyyətdə həyəcan təbili çalmaq üçün yeni zəmindir.
Bu o deməkdir ki, həmin apteklərdə təhlükəli, yararsız, zərərli dərmanlar var və Azərbaycan vətəndaşları da amerikalılar kimi əczaxanalardan imtina etməlidirlər.
Ölkənin adını batıran, dünyada rüsvay edən, səhiyyəsini ABŞ kimi supergüc dövlətin ali orqanlarından birinin tribunasından çağırışla biabır edən bir nazir yalnız və yalnız istefa verməlidir.
Xatırladaq ki, mətndə Azərbaycanda mövcud olan tibb sisteminin problemli və peşəkar olmaması vurğulanır: “Biz sizə əgər fövqəladə dərəcədə əhəmiyyətli deyilsə, Azərbaycanda tibbi əməliyyat etməməyi tövsiyə edirik”.
Müraciətdə ölkəmizdəki apteklərdə satılan dərmanların tərkibi də şübhə altına alınıb: “Azərbaycandakı apteklərdə dərmanların çoxu markaları və dozaları daşımadığından özünüzlə ABŞ-da reseptlə buraxılmış, orjinal qutusunda olan kifayət qədər lazımi dərmanlar götürün. Bu respet sizin şəxsi həkiminiz tərəfindən səfəriniz üçün yazılmış olmalıdır”.
ABŞ idarəsi həmçinin Bakıda təcili və keyfiyyətli tibbi xidmətin normal işləmədiyini qeyd edib:
“Bakıda sutka ərzində beynəlxalq SOS siqnalı ilə yalnız bir tibbi klinika fəaliyyət göstərir.
Bu klinika isə fövqəladə vəziyyətlər zamanı yalnız əhəmiyyətsiz tibbi problemləri həll edə bilir”.
Rəsmi mətndə deyilir ki, Azərbaycanda vərəm yayılıb. Həmçinin ABŞ vətəndaşlarına bütün lazımi peyvəndlərin vurulması xatırladılır: “Tibbi təxliyə üçün əlavə sığorta edilmənizi israrla tövsiyə edirik”.

Anaxeber.Az

Şərhlər

XƏBƏR LENTİ