SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » FETÖ-çular təhsilimizdə... - İTTİHAM

FETÖ-çular təhsilimizdə... - İTTİHAM

Tarix:

31-10-2017, 11:28

/ 61 427 dəfə oxundu.
FETÖ-çular təhsilimizdə... - İTTİHAM

“Təzadlar”ın elektron poçtuna hüquqşünas Vasif Əsədov tərəfindən göndərilmiş aşağıdakı yazını ixtisarla təqdim edir:

Hörmətli redaksiya!
Sizin Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun baş redaktorluğu ilə nəşr olunmuş və üz qabığında Fətullahçıların embleminin əks olunmasına dair ehtimal və bilgi məlumatlarınızı oxudum. Mən bir müddət Qafqaz universiteti ilə əməkdaşlıq etmişəm. Yazdıqlarınızda böyük həqiqət vardır. Belə ki, ADİU-nun rektoru, professor Ədalət Muradovun bəzi hərəkətlərini görəndən sonra fikirlərimi sizinlə bölüşməyi qərara aldım. Adətən Azərbaycansayağı bir ənənədir ki, təzə gələn rəhbər özünü göstərmək üçün əvvəlkinin paxırını açmaqla məşğul olur. Məsələn, bunu bəzi icra başçılarının dərhal köhnənin izini-tozunu yer üzündən silmək üçün atdıqları yersiz quruculuq işlrərindən bilirik. Amma rektorun əvvəlki rektorun paxırını qeyri-ənənəvi yolla açmaq həvəsini görəndə təəssüflənməli olursan. Ölkə ictimaiyyəti də bilir ki, Ədalət Muradov rektor gələn kimi ilk növbədə keçmiş rektor Şəmsəddin Hacıyevlə torpaq qalmaqalına girişdi. Amma bütün məhkəmə instansiyalarını uduzdu. Sonra guya ADİU-da tələbələrdən yığılan pul vəsaitlərinin mənimsənilməsi məsələsini qaldırdı. Özü də bunu özünə yaxın bir neçə KİV-də informasiya müharibəsi etmək səviyyəsi ilə etməyə başladı. Amma olduqca uğursuz bir cəhd idi. Həmin saytlar az qala hər gün yazırlar ki, Şəmsəddin Hacıyev Baş Prokurorluqda dindirilib, gah da yazırlar ki, onu həbs edəcəklər və s. Bu gün Baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin bu məsələ ilə bağlı açıqlamasını oxudum. O, Ədalət Muradovun arzularına əks olan cavab verdi və məlum oldu ki, yoxlama ilə bağlı deputat Şəmsəddin Hacıyev dindirilməyib, yəqinki heç dindirilməyəcək də. Çünki mətbuatdan da oxumuşam, qeyd olunan dövrdə ADİU-da maliyyə məsələlərinə Ədalət Muradovun sadiq dostu və indi prorektoru Damət Bağırov nəzarət edib.
Bu məsələnin başqa bir tərəfi var. Belə ki, rektor Ədalət Muradov nə qədər inkar etsə də, onun Gülənçilərlə, xüsusən də Gülən məktəblərinə aid “Qafqaz” Universitetinin keçmiş rəhbərliyi ilə yaxın münasibəti olub. Belə ki, onun FETÖ əməliyyatında Bakıdan qovulan və Türkiyədə istintaqa cəlb edilən Ahmet Saniçla sıx əlaqələri olmuşdur.
Özüm şahidəm ki, Ədalət Muradov Qafqaz Universitetinin və şəxsən Ahmet Sanıcın əziz qonağı idi. Ahmet Sanıc isə Fətulla Gülən örgütünün Bakıdakı imamı idi. Bu yaxınlığı sübut edən kifayət qədər sübutlar var. Məsələn, necə baxırsınız, rektor, professor Ədalət Muradov niyə dövlət universitetlərində keçirilən məzun günündə iştirak etmir, amma Qafqaz Universitetinə gedərək təntənəli mərasimdə Qafqaz Universitetinin rəhbəri Ahmet Sanıcla sonadək bir yerdə olur, məsləhətləşmə aparması baş tutur? Məsələn, o, 2014-cü ilin noyabrın 3-də Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç qarşılıqlı olaraq Azərbaycan Dövlət İqtisad Universitetində olur. Görüşdə hər iki universitetlə elmi-texniki əməkdaşlıq haqqında memorandum imzalanır, hətta sənəddə Qafqaz və ADİU arasında elmi-pedaqoji, elmi tədqiqat işlərinin aparılması nəzərdə tutulur. Memoranduma əsasən, professor-müəllim heyəti və doktorantlar üçün hər iki ali təhsil müəssisəsində təkmilləşdirmə kursları təşkil olunması qərara alınır. Təsəvvür edirsinizmi, müqavilədə nəzərdə tutulur ki, hətta hər iki universitetlərin professor-müəllim heyəti doktorantlara elmi rəhbərlik edəcək, birgə sərgi və elmi konfransların təşkili, kadr və tələbə mübadiləsi həyata keçiriləcək. Ən dəhşətlisi, Ə.Muradov, hətta Ahmet Saniçla görüşündə ona deyib ki, Azərbaycandakı ali təhsil müəssisələri rektorlarının qeyri-rəsmi görüşünü təşkil etmək lazımdır. Özü də bu məlumatı məhz ADİU-nun özü yaymışdır, amma sonradan bu məlumat universitetin rəsmi saytında it-bata düşmüşdür. Sual yaranır: necə yəni qeyri-rəsmi görüş? Rəsmilərin qeyri-rəsmi görüşü də olur?
Ədalət Muradovla Ahmet Saniçın daha sıx münasibətlərini təsdiqləyən daha bir mötəbər sübut: məsələn, ADİU-nin rektoru Ədalət Muradov Qafqaz Universitetinin təsis olunmasının 17-ci ili münasibətilə burada keçirilən məzun proqramına qatılır və təntənəli çıxış da edir (linkini təqdim edirəm).
Hörmətli redaksiya!
Çox xahiş edirəm, sizin ötən saylarınızda yayımlanmış və rektor Ədalət Muradova ünvan edilmiş aşağıdakı suallarınızı bir də təkrar təqdim edəsiniz. Çünki həmin suallara açıq cavab verilməlidir. Bildiyim qədər, universitetdə bu sualın cavabını səbrsizliklə gözləyirlər.
Beləliklə, oxucumuzun xahişi ilə həmin sualları təkrar təqdim edirik:
- 2016-cı ilin 01 aprelində Dövlət İqtisad Universitetində rektor Ədalət Muradovun baş redaktorluğu ilə “Ekspert” jurnalı işıq üzü görüb. Jurnalın üz qabığında işıq lampası və ətrafında ondan yayılan şölə yox, ona tərəf gələn camaat təsvir olunub. Ehtimal olunur ki, bu loqo Gülənçilərin müvafiq qanadına məxsus olan təsvirdir. Bu loqonun müəllifinin rektorun müşaviri Elşən Bağırzadənin olduğu deyilir. Bu doğrudurmu?
- 2016-2017-ci tədris ilində Azərbaycan Dövlət İqtisad Universitetindən 13 müəllim müəmmalı səbəbdən işdən qovulub. Lakin onların hamısının öz ərizəsi ilə işdən çıxarıldığı əmrləşdirilib. Bəs əsil həqiqət necədir?
- Hər il başda rektor Ədalət Muradov və onun baş müşaviri Elşən Bağırzadə olmaqla, nə qədər müəllim Türkiyəyə neçə dəfə ezamiyyəyə gedir. Bu səfərlər ADİU büdcəsinə neçəyə başa gəlir? Və niyə onların səfərləri yalnız Türkiyəyədir, digər Avropa ölkələrinə baş tutmur?
- ADİU-da Differensal əmək haqqı sisteminə layiq görülmüş 100 nəfərlik siyahı niyə əsasən də məhz Türkiyəyə daim səfərlər edən və Türkiyədə təhsil almış gənc müəllimlərə şamil edilir?
- Niyə bu əmək haqqı sistemi ciddi narazılığa səbəb olmaqdadır? Rektor niyə universitetə tətbiq edilən bir metodun ictimai müzakirəsini təşkil etdirmədən tətbiqinə əmr imzalayıb?
- Differensial əmək haqqı sistemi bu qədər narazılıq yaratdığı halda, nə üçün rektor buna reaksiya vermir və bu sistemə layiq görülmüş 100 müəllimlərin böyük əksəriyyəti Türkiyəyə tez-tez ezamiyyəyə göndərilir, onların orada lüks mehmanxanalarda qalması təmin edilir, qayıdanda isə onların Azərbaycan üçün heç bir hüquqi statusu olmayan sertifikat gətirməsi ilə həmin 100 nəfərlik məlum siyahıya düşməsi təmin edilir? Bunlar korrupsiya əlaməti deyilmi?
-Bu, rektor Ədalət Muradova yaxın olan bu şəxslər tərəfindən dolayısı ilə universitetin halal büdcə vəsaitlərinin dağıdılması deyilmi?
-Rektor Ədalət Muradov universitetdə tətbiq olunan yeni əmək haqqı sistemi ilə istədiyi müəllimlərə 1500-2000 manat və daha çox əmək haqqı və mükafat verməsi ayrı-seçkilik yaratmırmı?
-Niyə Azərbaycan Hesablama Palatası araşdırmır ki, heç bir elmi dərəcəsi olmayan bu müəllimlərin vəzifəyə təyin edilib onlara professorlardan da yüksək əmək haqqı verilməsi hansı ədalət prinsipinə uyğundur??? Bu elmə və tədrisin keyfiyyətinə arxadan vurulan zərbə deyilmi? Belə idarəçilik prinsipi hansı hüquqi-elmi əsaslara söykənir?
-Görəsən Azərbaycan Hesablama Palatası universitetdə vəsaitlərin xərclənməsini araşdırarkən nəyi üzə çıxardıb, niyə yuxarıda qoyulan suallardan yan keçib?
- Son yoxlamanın rektorun diqtəsi ilə keçirildiyi deyilir. Bu doğrudurmu?
- Son vaxtlar rektora yaxınlığı deyilən KİV-lərdə (saytlarda) keçmiş rektor Şəmsəddin Hacıyevlə bağlı qərəzli təbliğat aparılır. Bunlar rektorun keçmiş rəhbərliklə aralarında olan və hazırkı rektorun məhkəmələrdə ardıcıl olaraq uduzduğu məlum torpaq qalmaqalı ilə bağlı deyil ki?!
-2016-2017-ci tədris ilində 9 nəfərin bir, 4 nəfərin də bir olaraq, rüşvət üstündə ərizələrinin alınıb işdən çıxarılması barədə məlumatı ADİU-da hamı bilir. Bildiyimizə görə, Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları hazırda ADİU-da araşdırma aparır. Həmin araşdırma qrupu yüksək maaş almış həmin 13 nəfərin öz ərizəsi ilə işdən çıxarılmasının əsil səbəb və mahiyyətini də araşdırırmı?
- Uzun müddət MTN-nin ADİU-da xüsusi məsələlər üzrə prorektoru olmuş, rektor Ədalət Muradovun həmişə “Əziz dostum” dediyi Elçin Əliyevin, eləcə də ADİU-da tədris və texnologiya üzrə hissənin müdir müavini Nizami Musayevin, rektor Ədalət Muradovun müşaviri Məhəmməd Əliyevin, maliyyə fakültəsinin dekan müavini Reyhan xanımın, təzəlikcə elmlər doktoru olmuş Sərvər Hüseynovun və digərlərinin yüksək əmək haqqı aldıqları halda, birdən-birə öz ərizələri ilə işdən çıxmasına kim inana bilər? Rektor Ədalət Muradov özü bunlara inanırmı?
- Görəsən, DTX rəisi, hörmətli Mədət Quliyev cənabları özünün kurasiyasında olmuş əməkdaşının birdən-birə işdən çıxarılmasını niyə araşdırtmayıb?
- ADİU-nun propektoru Damət Bağırov son vaxtlar demək olar ki, hər gün Nizami rayonundakı “Astoriya” otel kompleksindəki “Sərin” restoranında bir tanınmış şəxs üçün bronlanmış məxsusi kabinetə gəlir... O, burada kimlərlə olur, orada nəyi, yaxud kimi müzakirə edir? Bu görüşdə MTN işi ilə bağlı həbs edilmiş, yaxud vəzifəsindən kənarlaşdırılmış, barəsində istintaq işi aparılan hansı şəxslərin özləri, onların vəkilləri ilə nəyi müzakirə edir?”.
Arayış üçün: xatırladırıq ki, bir müddətdir ADİU-da rektor Ədalət Muradovun və onun müşaviri Elşən Bağırzadənin dəstəyi ilə “Differensial əmək haqqı” deyilən sistem tətbiq edilməkdədir... Təriflənən bu sistem ADİU-da müəllimlər tərəfindən ciddi narazılıqla qarşılanmaqdadır. Oxuculara aydınlıq olsun deyə, həmin metodun mahiyyətini açıqlayırıq: sən demə, həmin əmək haqqı sisteminin mahiyyəti bundan ibarətdir ki, müəyyən şərtlərə uyğun gələn 100 müəllim həmin siyahıya düşür, yüksək əmək haqqı alır. Lakin həmin siyahıya düşmək üçün qoyulan şərtlərə yalnız Türkiyə universitetlərində təhsil almış məzunların sənədləri uyğun gəlir. Maraqlıdır ki, bu metodu işləyib hazırlayanların elə özləri də həmin siyahıda birincilərdəndir. Bu nə dərəcədə obyektivdir?
İkincisi, maraqlıdır ki, həmin 100-yə düşən gənc müəllimlərin demək olar heç birinin Azərbaycan iqtisad elmində diqqəti çəkən elmi əsəri, monoqrafiyası yoxdur, mili iqtisadiyyatımızın problemlərinin həllində tətbiqi mövcud deyildir. Sanki bu siyahı kiminsə diqtəsi ilə müəyyənləşdirilir, ora ADİU-nun veteran professoru düşə bilmir.
Üçüncüsü, əgər bu əmək haqqı sistemi ən mütərəqqi sistemdirsə, niyə Azərbaycan Təhsil Nazirliyi onu digər ali təhsil müəssisələrində də tətbiq etdirmir? Belə çıxır ki, bu metod yalnız onu işləyib hazırlamış şəxslərin özlərinə lazımdır və ancaq və ancaq ADİU-da tətbiq edilə biləndir. O da hələlik. Çünki artıq uzun illərdir ADİU-da çalışan, çoxsaylı elmi kadrlar hazırlamış, neçə-neçə elmi kitabların-əsərlərin müəllifi olan professorların ciddi narazılığı başlayıb...
***
Xatırladırıq ki, bu gün jurnalistlərə açıqlama verən Baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev ADİU-da aparılan yoxlamalarla bağlı deyib: “Hesablama Palatası tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) müvafiq yoxlama aparılıb və yoxlama materialı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Faktla bağlı cinayət işi başlanıb, hazırda intensiv istintaq tədbirləri həyata keçirilir”. Baş prokurorun müavini “ADİU-nun keçmiş rektoru, millət vəkili Şəmsəddin Hacıyevin istintaqa çağırılıb?” sualına cavab olaraq deyib: “Gəlin hadisələri qabaqlamayaq, hazırda istinaq gedir.
İstintaq zamanı təkcə dindirmələrdən söhbət getmir. Biz müvafiq olaraq istintaq çərçivəsində bəzi rəqəmləri dəqiqləşdirmək üçün yoxlamalar təyin etmişik. Sənədlərin götürülməsi ilə də bağlı istintaq hərəkətləri aparılır”.

Şərhlər

XƏBƏR LENTİ