SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Şirkət tanınmış jurnalisti məhkəməyə verdi

Şirkət tanınmış jurnalisti məhkəməyə verdi

Tarix:

28-10-2017, 13:54

/ 110 326 dəfə oxundu.
Şirkət tanınmış jurnalisti məhkəməyə verdi

“Altes Group” şirkəti tanınmış jurnalist Azər Qəribi məhkəməyə verib.

Bununla bağlı şirkətdən daxil olan məlumatda bildirilir ki, jurnalist bina sakinlərinin həyatını təhlükədə qoyduğu üçün bu addım atılıb. Xəbərə görə, Azər Qərib tikinti və sanitar-gigiyenik normaları kobud şəkildə pozaraq özbaşına mənzildə dəyişikliklər aparıb, otaqlararası divarları dağıdıb, balkona çıxışı yenidən qurub. Bundan əlavə,sanitar qovşağı mətbəxə keçirib və mətbəx üçün nəzərdə tutulmuş kanalizasiya sistemini sanitar qovşağa qurub.

Bu tikinti və sanitar-gigiyenik normaların kobud pozuntusu hesab edilir və sakinlərin həyat və sağlamlığını ciddi təhlükə altına qoyur.

Hazırda bununla bağlı işə baxılması üçün Prokurorluğa, Fövqəladə Hallar Nazirliyinə, İcra Hakimiyyətinə müraciət edib və eyni zamanda Azər Qəribə qarşı məhkəmədə iddia qaldırılıb.

Jurnalist Azər Qərib isə məsələ ilə bağlı sosial şəbəkə hesabında bildirib ki, o da yaxın günlərdə şirkəti məhkəməyə verəcək. O qeyd edib ki, evində apardığı təmir işi ilə bağlı şirkət elan yazaraq binadan asıb. “Guya evin zəlzələyə davamlığı mənim apardığım təmirə görə yarıbayarıya düşüb. “Altes” in mənzilin içi haqda mənə sual vermək hüququ yoxdur. Binanın bütün qeyri-yaşayış sahələri, damı, zirzəmisi və s. bina sakinlərinin ümumi mülküdür və heç kim onların razılığı olmadan bir addım da ata bilməz”.

Şərhlər

XƏBƏR LENTİ