SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakının bu ərazilərində su olmayacaq

Bakının bu ərazilərində su olmayacaq

Tarix:

24-10-2017, 13:05

/ 60 505 dəfə oxundu.
Bakının bu ərazilərində su olmayacaq

"Azərsu" ASC-nin abonentlərinə xəbərdarlıq edilib.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, Fərman Məlikov küçəsindən keçən magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 24 oktyabr 2017-ci il tarixində gün ərzində Binəqədi rayonu 7-ci və 8-ci mikrorayonlarının bəzi ərazilərinə, eləcə də, Azadlıq prospekti, Cəfər Xəndan və F.Məlikov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranan narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Şərhlər

XƏBƏR LENTİ