yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Burnunu əməliyyat etdirdi, gips açıldıqdan sonra burnundan sap sallandı-Bakıda cərrah səhvi

Burnunu əməliyyat etdirdi, gips açıldıqdan sonra burnundan sap sallandı-Bakıda cərrah səhvi
23-10-2017, 17:20 58 799 dəfə baxılıb

Bakıda rinoplastik əməliyyat etdirən pasiyentin burnunda sap qalıb. Bu barədə Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov məlumat verib. E. Hüseynov bildirib ki, paytaxt sakini, Lalə Həsənova əcnəbi həkim tərəfindən iki dəfə keçirilən uğursuz burun əməliyyatından sonra burnunu yerli rinoplastik cərraha etibar edib. Birlik sədri deyib ki, “Baki City” hospitalda L. Həsənovanın burnunu əməliyyat edən lor-cərrahı Cavid İsmayılov onun 2300 manat pulunu alsa da, əməliyyatdan sonra pasiyentin burnunda sap qaldığı üzə çıxıb: “Əməliyyatdan bir müddət keçdikdən sonra artiq şiş çəkildikdə, burun formalaşmağa başladıqda pasiyent burnunun ucunda sap qaldığını görüb. Sapın çıxarılması üçün həkimin yanına gedib. Həmin vaxt həkim Cavid İsmayılov özü qayçı və pinsetlə aralayıb sapı bir az kəsib. Lakin sapın kökü içəridə qaldığından quruması üçün pasiyentə dərman yazıb. L. Həsənova həmin dərmanı vursa da, heç bir effekt görməyib. Yenidən həmin sapın tamamilə çıxarılması üçün həkimin yanına gedəndə pasiyentdən yenidən 100 manat tələb ediblər. Burunda əməliyyat zamanı sapın qalması həkimin günahı olsa da, pasiyentdən 100 manat pul alıblar”.
Lor-cərrahı Cavid İsmayılov Movqe.az-a açıqlamasında faktı inkar etsə də, L. Həsənova Movqe.az-ın əməkdaşı ilə söhbətində əlində buna dair sübut olduğunu söyləyib. O, bildirib ki, lor-cərrah bu məlumatın ictimailəşdirilməsini istəməsədə, özü pozulmuş hüquqlarının bərpasını tələb edir.

Movqe.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: sonra, Burnunu, emeliyyat, sap, etdirdi, achildiqdan, sallandi Bakida, burnundan, sehvi, cerrah, gips
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

23-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ