SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nazir bu hakimləri cəzalandırdı - Adlar

Nazir bu hakimləri cəzalandırdı - Adlar

Tarix:

10-02-2017, 00:52

/ 4 204 dəfə oxundu.
Nazir bu hakimləri cəzalandırdı - Adlar

Qanunvericiliyin tələblərinin pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə bir neçə hakim cəzalandırılıb.

xalqxeber.az xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurasının bütün apellyasiya məhkəmələri sədrlərinin və hakim assosiasiyaları rəhbərlərinin iştirakı ilə keçirdiyi geniş iclasında deyilib.

İclasda Gəncə şəhəri Nizami rayon məhkəməsinin hakimi Mahir Niftəliyevin tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi qərara alınıb, Sumqayıt apellyasiya məhkəməsinin hakimi Səyyad Qafariyə töhmət verilmiş, məhkəmənin digər hakimləri Elman Rəhimov və Lətifə Məmmədovaya, Bakı apellyasiya məhkəməsinin hakimi İsmayıl Vəliyevə, Masallı rayon məhkəməsinin hakimi Anar Alməmmədova, İmişli rayon məhkəməsinin hakimi Ülvi Qənbərova irad tutulub.

Qeyd edək ki, iclasda şura sədri, Ədliyyə naziri Fikrət Məmmədov da iştirak edib.

Şərhlər

XƏBƏR LENTİ