SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Zəngilanın işğalı günü Bakıda "Halloween" rəzaləti - "Gedin, məhkəməyə verin" - FOTO

Zəngilanın işğalı günü Bakıda "Halloween" rəzaləti - "Gedin, məhkəməyə verin" - FOTO

Tarix:

20-10-2017, 16:56

/ 111 471 dəfə oxundu.
Zəngilanın işğalı günü Bakıda "Halloween" rəzaləti - "Gedin, məhkəməyə verin" - FOTO

Dünyanın müxtəlif ölkələrində qeyd olunan “Halloween” bayramına sayılı günlər qalıb. Oktyabr ayının sonuncu günündə qeyd olunan “Balqabaqlar bayramı” son illərdə Azərbaycanda da populyarlıq qazanıb.

Artıq bir neçə ildir ki, ölkəmizdə müxtəlif əyləncə mərkəzlərində “Halloween” üçün xüsusi partilər təşkil olunur. Bu il də istisna deyil.

Belə partilərdən biri də oktyabr ayının 29-da “Pasifico Long and Dining” adlı məkanda keçiriləcək.

Zəngilan rayonun erməni separatçıları tərəfindən işğal olunduğu gündə belə bir məclisin təşkil olunması ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Tariximizə qara gün kimi yazılan 29 oktyabr günündə bayram məclisinin təşkil olunması narazılıqla qarşılanıb.

Bəlkə təşkilatçılar 29 oktyabrın Zəngilan rayonunun işğal günü olduğundan xəbərsizdir?

Mövzu ilə bağlı sözügedən partinin təşkilatçıları ilə əlaqə saxladıq. Məlum oldu ki, təşkilatçılar tariximizdən xəbərdardırlar. Sadəcə bu, onlar üçün heç bir əhəmiyyət daşımır.

“Bəli, həmin günün Zəngilanın işğal günü olduğunu bilirəm. Mən sizə “atçot” verməliyəm? Demokratik respublikadır. Gedin verin məhkəməyə”, – deyə tədbirin bilet satışı ilə məşğul olduğunu deyən şəxs cavab verdi.

A24.Az
Zəngilanın işğalı günü Bakıda "Halloween" rəzaləti - "Gedin, məhkəməyə verin" - FOTO
Zəngilanın işğalı günü Bakıda "Halloween" rəzaləti - "Gedin, məhkəməyə verin" - FOTO

Şərhlər

XƏBƏR LENTİ