SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Deputatdan maraqlı təklif

Deputatdan maraqlı təklif

Tarix:

20-10-2017, 14:57

/ 111 224 dəfə oxundu.
Deputatdan maraqlı təklif

“Kredit borcu olan vətəndaşların cəzasının artırılması bu problemi həll etməyəcək”.

Bu sözləri millət vəkili Əli Məsimli Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib. Deputat qeyd edib ki, bu şəxslərə veriləcək cəzanın 3 ildən 4 ilə qaldırılması və ya 1 ilə endirilməsi təsirli olmayacaq: “Çünki kredit borcu olanlar borclarını çoxdan ödəyiblər. Məhkəmələrin onlara qarşı müəyyən etdiyi cəza onların almadıqları borclarına görədir. Bu məbləğ elədir ki, vətəndaşların onu qaytarması mümkün deyil. Bu məsələdə bir məsələyə diqqət çəkmək istəyirəm ki, 1 məhkumun bir günlük xərci bu gün 22 manat, 1 ayda 660 manatdır. Bu da orta aylıq əmək haqqından 1.3, dövlət büdcəsindən maliyyələşən bəzi sahələrdəki orta aylıq əmək haqqından 2.5 dəfə çoxdur”.

Onun sözlərinə görə, bir məhkumun 2 il xərci 16 min manat edir: “Üstəlik, bu zaman həmin şəxsin həyatı qırılır, banklara da ödəniş edə bilmir. Dövlət büdcəsinə də ziyan dəyir. 10 belə məhkumun 2 illlik xərci 80 milyon manatdır. Bu vəsaiti ipotekaya yönləndirə bilərik ki, ən azı 2 min ailənin mənzillə təminatı deməkdir. Hesab edirəm ki, dövlət bu məhkumlar üçün ayırdığı vəsaiti həmin şəxslərin borclarının müəyyən bir qismini ödəməyə və onların işlə təminatına yönəldə bilər”.

Şərhlər

XƏBƏR LENTİ